"Nə yaxşı ki, onun əkiz oğlanları var, onlarla nəfəs alıram..." - Şəhid atası

"Nə yaxşı ki, onun əkiz oğlanları var, onlarla nəfəs alıram..."  - Şəhid atası

Şəhid zabitimiz xidməti dövründə 120-dən artıq erməni öldürüb...

Bu gün 2017-ci il fevral döyüşlərində şəhid olan beş hərbçimizdən biri baş-leytenant Şahlar Yaşar oğlu Nəzərovun doğum günüdür. Ş.Nəzərov 1990-cı il aprelin 25-də Yardımlı rayonunun Peştəsər kəndində anadan olub.


Şəhidimizin atası Yaşar Nəzərov Moderator.az-a açıqlamasında bu münasibətlə kənd orta məktəbində böyük tədbirin keçirilməsinə başlandığını bildirdi:

“Bu gün Şahların doğum günüdür, 29 yaşı tamam olur. Hazırda kənd orta məktəbimizdə tədbir keçirilməsi üçün hazırlıq işləri gedir. Şahların hərbçi yoldaşları da iştirak edəcəklər. Qaldı ki, Şahlarsız yaşamaq çox çətindir. Nə yaxşı ki, onun əkiz oğlanları var, onlarla nəfəs alıram. Şəhid də olsa, bu ayrılıqdı, ata-ana həmişə fikir edir”.


Şəhidimizin əmisi oğlu Vüsal Nəzərov deyib ki, Şahlar xidmət etdiyi dövrdə 120-dən çox erməni öldürüb:

“Artıq bu fakt gizlədilmədən və fəxrlə deyilməlidir ki, Şahlar xidməti dövründə dəfələrlə erməni diversiya qruplarının təxribatlarının qarşısını aldığı zaman ümumilikdə 120-dən artıq terrorçunu şəxsən özü öldürüb”.


Qeyd edək ki, 2017-ci il fevralın 24-dən 25-nə keçən gecəki döyüşdə mayor Aqşin Abdullayev, leytenant Tural Həşimli, gizir Zülfü Qədimov və əsgər Zakir Cəfərov şəhid olublar.


Allah cəmi şəhidlərimizə rəhmət eləsin!


Vasif Əlihüseyn

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər