Nəcib əməlləri ilə sevilən Azərbaycan qadını

Nəcib əməlləri ilə sevilən Azərbaycan qadını

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın doğum günüdür

"Cənnət anaların ayağı altındadır" ulu peyğəmbərimizin buyurduğu kəlam anaya, qadına verilən qiymətin ən ali dəyərdir. Azərbaycan qadınları çoxəsrlik mənəvi, əxlaqi dəyərləri, milli adət-ənənələrimizin qoruyucusu, dünya sivilizasiyasına öz töhfələrini verən varlıq kimi bu dəyərlərin içində ən ülvi sevgiyə layiq olmuşlar. Bir qadın ətrafında nə qədər məsuliyyət cəmləşib: ana, bacı, həyat yoldaşı, Vətən keşiyində duran elmli, zəkalı ziyalı. Ali və ülvi hisslər uğrunda fədakarlıq göstərən, müdriklik dolu bir ömür yaşayan qadınlar doğma ocağın istisinə sığınaraq, övlad tərbiyə edir, bir ailənin məsuliyyətini, yükünü üzərində daşıyırlar. Tarixən Azərbaycan qadınlarını fərqləndirən dəyərləri onları dünya miqyasında şöhrətləndirib. Elm, ədalət, səxavət, səbr, həya, ismət kimi keyfiyyətlər Azərbaycan qadınlarının həyat simvoluna çevirilib. Bu dəyərlər içərisində Azərbaycan qadını güclüdür, fədakardır. Azərbaycan tarixinə məxsusi dəyələri ilə iz salan qadınları sırasında əməlləri ilə seçilən və sevilən, ən yüksək bir pillədə dayanan Zərifə xanım Əliyevanın adı əbədidir. Yaşanılan ömür yolunun sərlövhələri onu zamanımızın seçilən xanımı olması ilə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirib.

ONUN ÖMÜR İŞIĞINDA QARANLIQ DÜNYALARA ŞƏFA VERİLDİ

Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Onun olduqca zəngin və şaxəli həyat yolu bir çox istiqamətlərdə özünü büruzə verir. Bu həyat yoluna nəzər saldıqda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarlı bir ömrünü yazılı salnamələrdə əks etdirdi. Onun ömür işığında qaranlıq dünyalara şəfa verildi. Zərifə Əliyeva... Duyğulu, düşüncəli, fərqli bir dünyası ilə zamanla əqidəsini bir vaxtda cəmləşdirib həyat fəlsəfəsinin silinməyən izlərini özü də hiss etmədən gərgin axtarışları, zəhməti, elmi biliyi ilə bu aləmə həkk etdi. Bu ömrün yazılmış səhifələrində Zərifə xanımın portretini sezməmək mümkün deyildi. Qəlb dünyasının işığı onun Azərbaycan məkanında tanınmasına gətirib çıxardı. Sonralar bunun coğrafi məkanı daha da genişləndi. Sərhədləri ilə tanınan dünyamızı yaratdığı əsərləri, elmi kəşfləri, axtarışların nəticəsi birləşdirdi.Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Görkəmli alim, ictimai xadim, Azərbaycan EA-nın akademiki, tibb elmləri doktoru, professor, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu oftalmologiya kafedrasının müdiri, Azərbaycan EA Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, Azərbaycanın əməkdar elm xadimi, Tibb Elmləri Akademiyası mükafatı laureatı, Sülhü Müdafiə Komitəsinin üzvü, "Bilik" Cəmiyyəti Rəyasət Heyətinin üzvü Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən, 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır. Kimya sənayesində göz zədələnmələrinin öyrənilməsinə və praktikasına dair orijinal əsərlər silsiləsinə görə Tibb Elmləri Akademiyası onu akademik M.İ.Averbax adına mükafatla təltif etmişdir. Zərifə Əliyevanın Azərbaycan EA-nın akademiki seçilməsi onun böyük xidmətlərinin, çoxillik səmərəli elmi tədqiqat işinin etirafıdır.

ZƏRİFƏ XANIM HƏM XEYİRXAH, HƏM AĞILLI, HƏM DƏ QÜDRƏTLİ İDİ!

Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun "Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası" adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanın elmi fəaliyyətini, peşəkarlığını yüksək qiymətləndirmişdilər. Belə ki, Moskva Oftalmoloji Məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə yazırdı: "Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım, deyərdim: O, həm Xeyirxah idi, həm Ağıllı idi, həm də Qüdrətli idi!" Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, onun fədakar ana olmasından irəli gəlirdi. O, nə edirdisə böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında dərindən və qabarıq duyulurdu.

Əziz anam, şirin sözlü anam,

Qəlbin kövrək, eşqin solmaz bahar.

Gülər üzlü, qara gözlü anam,

Hara getsəm gözün mənə baxar.

Ana qəlbin layla olar gəzər,

Doğma səsin ömrü-günü bəzər.

Müasirləri onun haqqında söz açarkən, nəcib bir Azərbaycan qadını olduğunu vurğulayırlar. Zərifə xanım Əliyeva işinin gərginliyinə baxmayaraq, həmişə bir qadın olaraq mülayimliyi ilə, həssalığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Ümumiyyətlə, Zərifə xanımın həyatı Azərbaycan qadınları üçün bir məktəbdir. Elə bir məktəbdir ki, uzun illər boyu öyrəniləcəkdir. Unudulmaz və əziz xatirəsinin yad etdikcə bu parlaq şəxsiyyətin elmimizə, səhiyyəmizə, milli və mənəvi varlığımıza bəxş etdiyi dəyərləri təkrarən dərk edir, Onun ölməz ruhu qarşısında bir daha baş əyirik. Dünya şöhrətli şəxsiyyət Zərifə xanımın ömür-gün yoldaşı Ümummilli Lider Heydər Əliyev Azərbaycan qadınları haqqında deyirdi: "Azərbaycan qadını mərd, sədaqətli, qeyrətli, namuslu qadındır. Mən dünyanın çox yerini gəzmişəm, dünya qadınlarını görmüşəm, fikrim belədir ki, Azərbaycan qadını bütün dünyadakı qadınlardan gözəldir".Bəli, bunu çox doğru söyləmişdi Ulu Öndər. Çünki Azərbaycan qadınları dünyada yaxşı nə varsa ona layiqdir. İnsanlığa və insanlara qiymət verməkdə mahir, səriştəli olan müdrik siyasətçi Ulu Öndər Heydər Əliyev bu cəhətdən də gözəl sədaqətli həyat yoldaşı, peşəkar alim, qayğıkeş ana, mehriban nənə kimi Zərifə xanım Əliyeva seçimində yanılmamışdır. Zərifə xanım Azərbaycan xalqına məxsus, milli-mənəvi, əxlaqı dəyərləri özündə cəmləşdirmiş bir Ana idi. O, həmişə yüksək səviyyədə evdarlığı, qayğıkeşliyi və mehribanlığı ilə başqalarından fərqlənirdi. Qayğılar içərisində olan Zərifə xanımın gözəl övladlar yetişdirməsi və ictimai fəaliyyəti bu gün də örnək olacaq bir fəaliyyətdir. O, əməli işin xoş təəsüratları ilə hamının qəlbində daim örnək olaraq yaşayır və yaşayacaqdır.Zərifə xanım zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. Bu gün Azərbaycan qadınının xeyirxahlıq, Analıq simvoluna çevrilmiş akademik Zərifə xanım Əliyevanın həyat yolu alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandırır.Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Zərifə xanım Əliyeva yüksəkdə dayanır və zaman-zaman xatırlanaraq, fəaliyyətinə nəzər yetirilir.

ZÜMRÜD BAYRAMOVA

loading...

Siyasət xəbərləri
Sia.az digər xəbərlər
AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək FOTO

AZAL və “Buta Airways”in reysləri mayın 29-30-da dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək FOTO

26-04-2019 12:00 - Sia.az - Siyasət
2019-cu il mayın 29-da Avropa Liqasının finalının keçiriləcəyi müddətdə Heydər Əliyev Beynəlxalq Hava Limanında sıxlıq ilə əlaqədar olaraq, “Azərbaycan Hava Yolları” və “Buta Airways”in reyslərinin cədvəlinə dəyişiklik edilib.“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, mayın 29-30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilmişdir, "+" növbəti gündəki vaxtı işarə edir):



Reysin nömrəsi

Marşrut

Bakıdan uçuş

Təyinat məntəqəsinə gəliş

Təyinat məntəqəsindən uçuş

Bakıya gəliş



J2-003/004

Bakı-Ankara-Bakı

20:00

21:30

22:30

01:50+



J2-011/012

Bakı-Dubay-Bakı

04:50

07:45

10:10

13:10



J2-026

Antalya-Bakı
 

16:00

19:50



J2-076

İstanbul (IST)-Bakı
 

16:30

20:15



J2-9683/9684

Kiyev (IEV)-Bakı(Buta Airways)
 

16:10

20:30



J2-9575/9576

Bakı-Kazan- Bakı(Buta Airways)

20:00

21:50

22:50

02:50+



J2-9717/9718

Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways)

21:00

21:40

22:40

01:05+



J2-809/810

Bakı-Moskva (VKO)-Bakı

Reyslər ləğv edilmişdir



J2-079/080

Bakı - İstanbul-Bakı

Reyslər ləğv edilmişdir



J2-852/851

Bakı- Moskva (DME)- Bakı

Reyslər ləğv edilmişdir



J2-255

Bakı-Naxçıvan

Reys ləğv edilmişdir



J2-254

Naxçıvan- Bakı

Reys ləğv edilmişdir




30 may (yerli vaxt göstərilmişdir):





Reysin nömrəsi

Marşrut

Bakıdan uçuş

Təyinat məntəqəsinə gəliş

Təyinat məntəqəsindən uçuş

Bakıya gəliş



J2-011/012

Bakı-Dubay-Bakı

12:40

15:35

16:45

19:45



J2-827

Bakı-Moskva (VKO)

02:45

05:00
 



J2-852/851

Bakı- Moskva (DME)- Bakı

11:40

13:50

14:50

18:40



J2-9111/9112

Bakı-Alanya-Bakı(Buta Airways)

12:30

14:30

15:30

19:20



J2-9685/9686

Bakı-Odessa-Bakı(Buta Airways)

12:15

14:40

15:40

19:40



J2-239

Bakı–Gəncə

Reys mayın 29-na keçirilmişdiruçuş: 08:00, eniş: 09:00



J2-021/322

Bakı –Təl-Əviv –Bakı

Reyslər ləğv edilmişdir



J2-075/076

Bakı – İstanbul (IST)-Bakı

Reyslər ləğv edilmişdir



J2-9103/9104

Bakı – İstanbul (SAW)-Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-9223/9224

Bakı-Tbilisi-Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-9017/9018

Bakı -Tehran - Bakı(Buta Airways)

Reyslər ləğv edilmişdir



J2-251

Bakı-Naxçıvan

Reys ləğv edilmişdir



J2-258

Naxçıvan-Bakı

Reys ləğv edilmişdir





Qeyd edək ki, yuxarıda sadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin prosedurasına uyğun olaraq məlumatlandırılacaqlar.