Neft daha da bahalaşdı

Neft daha da bahalaşdı

Neft qiymətləri yüksəlir.

"Marja" xəbər verir ki, Bakı vaxtı ilə saat 12:50-da Brent neftinin qiyməti 1%-ə yaxın artımla 75,26 dollar təşkil edib.

ABŞ xam nefti isə 0.3% bahalaşaraq 66.12 dollara yüksəlib.

TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!

ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya (satış) məqsədli xam neft ehtiyatlarının ötən həftə 5,5 milyon barrel (1,2 faiz) artaraq 460,6 milyon barrelə yüksəldiyini açıqlayıb. Xam neft ehtiyatları ötən həftə 1,4 milyon barrel azalma qeyd etmişdi. Bloombergin sorğusuna görə, ehtiyatların ötən həftə 1 milyon barrel artacağı gözlənilirdi.

ABŞ-da neft ehtiyatlarının artmasına baxmayaraq neft qiymətləri yüksəlir.

ABŞ-ın İranın neft ixracını sıfıra endirmək planı qiymətlərin yüksəlməsinə səbəb our.

İqtisadiyyat xəbərləri
Marja.az digər xəbərlər