Neft Fondu 2019-cu ildə 21 tonadək qızıl alıb


Neft Fondu 2019-cu ildə 21 tonadək qızıl alıb

Dünya ölkələrinin mərkəzi bankları 2019-çu ilin I rübü ərzində altı illik rekordu tezələyərək ümumi 145,5 ton qızıl alıblar. TASS "World Gold Council" (WGC) təşkilatına istinadən xəbər verir ki, qızıl alınmasında liderlik Rusiya Mərkəzi bankına məxsusdur.

Rusiya bankı 55,3 ton qızıl alaraq ehtiyatlarını 2168,3 tona çatdırıb. Hesabat dövrü ərzində Türkiyə, Ekvador, Qətər, Kolumbiya və Qazaxıstan Mərkəzi bankları qızılın əsas alıcıları olub.

Özbəkistan, Tacikistan və Monqolustan Mərkəzi bankları isə qızılın əsas satıcılarına çevrilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İnvestisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 10 faizə qədəri qızıla investisiya edilə bilər.

Cebhe.info xəbər verir ki, ARDNF 2018-ci ilin ikinci rübündən etibarən qızılın alışını davam etdirməyə başlayıb.

Yanvarın 1-i 2019-cu ildə ARDNF-nin investisiya portfelinə daxil edilmiş qızılın miqdarı 50,95 tona (1 638 186 troya unsiyası) çatdırılıbdır. Beləliklə də, Neft Fondu bu ilin yanvar-mart aylarında 20,8 ton qızıl alıb.

Alınmış qızılın Azərbaycana gətirilməsi Britaniyanın Brinks Qlobal Servisiz şirkəti tərəfindən həyata keçirilir. Gətirilmiş qızıl ARDNF-nin yeni inzibati binasında müasir standartlara uyğun qiymətlilərin saxlanılması üçün nəzərdə tutulmuş xəzinədə yerləşdirilibdir.

Yeganə Oqtayqızı
Cebhe.info


Oxunma sayı: 23