Neft Fondunun investisiya portfelinin 66 faizdən çoxu inkişaf etmiş ölkələri əhatə edir

Neft Fondunun investisiya portfelinin 66 faizdən çoxu inkişaf etmiş ölkələri əhatə edir

Bakı, 26 aprel, AZƏRTAC

Martın 31-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatında 37,75 faizi Avropa, 30,01 faizi Asiya-Sakit Okean, 22,17 faizi Şimali Amerika, 2,35 faizi Avstraliya-Yeni Zelandiya, 0,75 faizi Yaxın Şərq, 0,05 faizi Cənubi Amerika və 6,92 faizi isə beynəlxalq maliyyə təşkilatları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə ARDNF-in 2019-cu ilin birinci rübü üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilir.

Hesabat dövründə Dövlət Neft Fondunun investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsündə isə 66,25 faizi inkişaf etmiş ölkələr, 26,83 faizi inkişaf etməkdə olan ölkələr və 6,92 faizi beynəlxalq maliyyə təşkilatları təşkil edib.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər