Neft Fondunun tarixində ilk yaşanıb

Neft Fondunun tarixində ilk yaşanıb

20 illiyini qeyd edən Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin həcmi fondun tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dollarını keçib.

Fonddan “Qafqazinfo”ya verilən məlumata görə, bu ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 5 milyard 960,7 milyon manat, büdcə xərcləri isə 2 milyard 640,7 milyon manat təşkil edib. Cari ilin birinci rübü ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 milyard 605 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 milyard 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat təşkil edib. Ötən rüb ərzində ARDNF-in vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 milyard 355,7 milyon manata bərabər olub.

Hesabat dövrü ərzində Neft Fondunun 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 milyard 615 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılıb. Yanvar-mart ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 6 milyon manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Dövlət Neft Fondunun büdcədənkənar xərci 332 milyon manat olub.

Martın 31-nə ARDNF-in aktivləri 2019-cu ilin əvvəlinə (38 milyard 515,2 milyon dollar) nisbətən 4,56 faiz artaraq 40 milyard 273,3 milyon dollar təşkil edib. Aktivlərin artımı fondun büdcə gəlirləri, o cümlədən vəsaitlərin idarə edilməsindən əldə edilən gəlirlər hesabına baş verib.

Açar sözlər
Azərbaycan Respublikası Dövlət Neft Fondu , Abş
İqtisadiyyat xəbərləri
Sabahdan "Formula 1"ə görə bağlanacaq yollar (SİYAHI)

Sabahdan "Formula 1"ə görə bağlanacaq yollar (SİYAHI)

26-04-2019 09:55 - Milliyol.az - İqtisadiyyat


 

 


 
 
 
Bakıda növbəti Formula 1 Azərbaycan Qran Prisinin keçirilməsi ilə əlaqədar görülən tədbirlərlə bağlı aprelin 22-dən paytaxtda Bakı Şəhər Halqası üzrə avtomobil yollarında hərəkət məhdudlaşdırılacaq.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Bölmə rəisi bildirib ki, həmin gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə - "Azneft" meydanı istiqamətində - Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda Hökumət Evi istiqamətində - Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla, istiqamət dəyişdiriləcək.
Qeyd edilən istiqamətlər üzrə avtomobillərin hərəkəti əsasən Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisindən keçərək müvafiq istiqamət üzrə, 20-ci sahə və ona yaxın ərazilərdən isə Badamdar şosesi vasitəsilə tənzimlənir.
Nəqliyyat sıxlığının, tıxacların yaranmaması üçün sürücülərdən xahiş olunur ki, alternativ variant olaraq Afiyyədin Cəlilov - Yusif Səfərov, Yusif Səfərov - 28 May küçələri kəsişməsindən Bakıxanov, Nəriman Nərimanov, İnşaatçılar, Hüseyn Cavid, Parlament, Mətbuat, Ziya Bünyadov, Mikayıl Müşfiq küçə və prospektləri vasitəsilə hərəkətə üstünlük versinlər.
Eyni zamanda, Bakı şəhərində nəqliyyat sıxlığının azaldılması, habelə nəqliyyat vasitələrinin və piyadaların şəhər daxilində rahat, fasiləsiz hərəkətinin təşkili məqsədilə respublikanın digər şəhər və rayonlarından paytaxta gəlmək istəyən vətəndaşlara aprelin 18-dən 30-dək olan müddətdə, ictimai nəqliyyat vasitələrindən, marşrut avtobuslarından istifadə etmək tövsiyə olunur.
V.Əsədov bildirib ki, yarışın keçirilməsi ilə bağlı Bakı Şəhər Halqası kimi tanınan ərazidə yol nişanları qoyulub.
Qafqazinfo.az digər xəbərlər