Neft Fondunun vəsaitləri 40 milyarda çatdı

Neft Fondunun vəsaitləri 40 milyarda çatdı

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri artıb.


Moderator.az Fondun İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin büdcə gəlirləri 5 960,7 milyon manat, büdcə xərcləri isə 2 640,7 milyon manat təşkil edib.


Birinci rüb ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 4 605,0 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 833,5 milyon manat, bonus ödənişləri 766,4 milyon manat, tranzit gəlirləri 5,1 milyon manat olub. Bu dövrdə Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 milyon manat təşkil edib


Birinci rübdə xərclərə gəlincə, birinci rübdə Neft Fondundan dövlət büdcəsinə 2 615,0 milyon manat transfert olunub. Bundan əlavə, qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-nin idarə edilməsi ilə bağlı xərcləri 6,0 milyon manat təşkil edib.


Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərqlə bağlı ARDNF-nin büdcədənkənar xərci 332,0 milyon manat olub.


2019-cu ilin 31 mart tarixinə Fondun aktivləri 2019-cu ilin əvvəlinə (38 515,2 milyon ABŞ dolları) nisbətən 4,56 faiz artaraq 40 273,3 milyon ABŞ dollarına bərabər olub.

Açar sözlər
Azərbaycan Dövlət Neft Fondu , Abş
İqtisadiyyat xəbərləri
Moderator.az digər xəbərlər