Neftçala sakini oğluna bellə xəsarət yetirdi

Neftçala sakini oğluna bellə xəsarət yetirdi

Neftçala rayonunda ata ilə oğul arasında dava olub.

Oxu.Az-ın Aran bürosunun məlumatına görə, aprelin 13-də axşam saatlarında Yuxarı Qaramanlı kənd sakini, 1961-ci il təvəllüdlü Sakit Dilqat oğlu Kazımov aralarında baş vermiş münaqişə zəminində oğlu, 1990-cı il təvəllüdlü Zahid Kazımova başından bellə vuraraq ağır xəsarət yetirib.

Sonuncu ağır kəllə-beyin travması ilə Neftçala rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. S. Kazımov Neftçala prokurorluğunda ifadə verib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Hadisə xəbərləri
Oxu.az digər xəbərlər