Neftimiz bahalaşır

Neftimiz bahalaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti aprelin 23-də 76,94 dollar/barel təşkil edib ki, bu da ötən həftənin cümə axşamına olan göstəricidən 2,44 dollar/barel çoxdur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 76,24 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,42 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 73,26 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 2,58 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,69 dollar/barel təşkil edib, bu da əvvəlki göstəricidən 2,69 dollar/barel çoxdur.

Açar sözlər
Azərbaycan , Date , Italiya , Novorossiysk , Türkiyə
İqtisadiyyat xəbərləri
Problemli kreditlərlə bağlı statistika: 31 mindən çox şəxs kompensasiya alıb

Problemli kreditlərlə bağlı statistika: 31 mindən çox şəxs kompensasiya alıb

25-04-2019 16:37 - 7news.az - İqtisadiyyat

"Azərpoçt” MMC son üç gündə problemli kreditlərlə bağlı kompensasiya alan vətəndaşların sayını açıqlayıb.
Verilənməlumata görə, bu müddət ərzində 31 min 336 nəfər 500 manatdan aşağı kompensasiyası olan vətəndaş ona düşən məbləği nağd olaraq alıb.
Bildirilib ki, Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri aprel ayının 22-dən "Azərpoçt” MMC-nin respublika üzrə 1497 şöbəsindən kompensasiyalarını ala bilirlər.
Qeyd edilib ki, Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların müştəriləri üç gündə 8 milyon 444 min 073 manat 71 qəpik vəsaiti nağd formada əldə edib.
May ayının 1-dən etibarən isə kompensasiyası 500 manatdan yuxarı olan vətəndaşlar onlar üçün ayrılmış poçt şöbələrindən məbləğlərini qeyri-nağd formada, yəni kart vasitəsilə alıb, nağdlaşdıra biləcəklər.
"Azərpoçt” MMC Bakı ərazisində və bölgələrdə kompensasiyanı kartlar vasitəsilə respublika üzrə 77 şöbəsində təqdim edəcək.
Paytaxt Bakı istisna olmaqla, respublika ərazisində Sumqayıt, Gəncə, Tovuz, Qazax, Yevlax, Ağdam, Masallı, Cəlilabad, Şəmkir ərazisinə düşən kart sayı 1000-dən yuxarı, digər bölgələrdə isə 1000-dən aşağıdır.
Qeyd edək ki, yalnız Bank Olmayan Kredit Təşkilatları və bağlanan bankların problemli kredit sahibləri "Azərpoçt” MMC-yə müraciət etməlidirlər.
Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təqdim olunan siyahıya əsasən "Azərpoçt” MMC-nin icra edəcəyi əməliyyat 121 minə yaxın vətəndaşa şamil olunacaq.
Qafqazinfo.az digər xəbərlər