Nehrəmdə partlayış - Xəsarət alan var

Nehrəmdə partlayış - Xəsarət alan var

Naxçıvanda yaşayış evində partlayış olub. ONA-nın məlumatına görə, hadisə aprelin 22-də Babək rayonu, Nehrəm kəndində qeydə alınıb. Kənd sakini, 1960-cı il təvəllüdlü Rzazadə Məmmədəli Məhəmmədəli oğlu yaşadığı evdə qaz balonu partlayıb. Nəticədə ev sahibi ağır yanıq xəsarətləri alıb. Yaralı Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Hadisə xəbərləri
Lent.az digər xəbərlər