Nəriman Abbasov çempionluq döyüşünə çıxır

Nəriman Abbasov çempionluq döyüşünə çıxır

Azərbaycanın və "Qəbələ" İdman Klubunun MMA döyüşçüsü Nəriman Abbasov bu gün növbəti qarşılaşmasını keçirəcək.

Milli.Azxəbər verir ki, idmançımız "Fight Night Global" çərçivəsində qüvvəsini sınayacaq.

O, Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində baş tutacaq döyüş gecəsində mübarizə aparacaq. Nəriman 70,3 kq çəki dərəcəsində çempionluq titulu uğrunda döyüşə çıxacaq. Onun rəqibi Qazaxıstan idmançısı Kuat Hamitov olacaq.

Ötən gün "Fight Night Global93"ün iştirakçılarının çəki mərasimi baş tutub. Abbasovla Hamitov döyüşdən bir gün öncə tamaşaçılara təqdim edilib.

Bu gün "Mıtışi Arena"da təşkil olunacaq döyüş gecəsi Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Xatırladaq ki, hər iki idmançı bunadək bir dəfə kəmər uğrunda görüşə çıxıb. Keçirdiyi 26 döyüşdən 23-də qalib gələn Abbasov ilk cəhddə aldığı məğlubiyyətdən sonra ardıcıl 8 qələbəni sıralayıb. Keçirdiyi 25 görüşdə 18 dəfə qələbə qazanan qazaxıstanlı isə 2017-ci ildə çempionluq şansını əldən verib.

Milli.Az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Açar sözlər
Nəriman Abbasov , Rusiya Xəbərləri Class , Azərbaycan Xəbərləri Class , Qazaxıstan Xəbərləri Class , Bakı Xəbərləri Class , Qəbələ Xəbərləri Class , Azərbaycan , Bakı , Qazaxıstan , Moskva , Rusiya , Qəbələ , Mıtişi
İdman xəbərləri
Metbuat.az digər xəbərlər