Nəsimi Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub

Nəsimi Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub

Nəsimi - şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub. Bu, Azərbaycandan Avropa Festivallar Assosiasiyasına üzv olan ilk festivaldır. SİA-nın məlumatına görə, Nəsimi Festivalının nümayəndə heyəti bu günlərdə təşkilatın Lissabonda keçirilmiş III İncəsənət Festivalları Sammitində iştirak edib. Toplantıya ümumilikdə 45 ölkədən 230 festival və şəhərin nümayəndə heyətləri qatılıb.

Assosiasiyaya Nəsimi Festivalı ilə yanaşı, 6 ölkənin - Ukrayna, Portuqaliya, İspaniya, İtaliya, İsveç və Rusiyanın təşkilatçısı olduğu 9 festival da yeni üzv olub. Daha iki festival isə quruma fəxri üzv qəbul edilib.

Avropa Festivallar Assosiasiyası 1952-ci ildən Avropa və onun sərhədlərindən kənar musiqi, rəqs, teatr və multidissiplinar incəsənət festivallarını birləşdirir. Təşkilatın missiyası üzv festivalları Avropa və dünya miqyasında birləşdirmək və təmsil etməklə Avropanın incəsənət həyatına töhfə verməkdir. Qurum sənət festivallarının mühüm platforması kimi çıxış edir.

Qeyd edək ki, Azərbaycanda ilk Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı 2018-ci ildə 27-30 sentyabr tarixlərində keçirilib. Şərqin dahi şair və mütəfəkkirlərindən biri İmadəddin Nəsiminin (1369-1417) yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festival Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşıb.

Mədəniyyət xəbərləri
Dövlət İmtahan Mərkəzi aprelin 28-də növbəti imtahanlar keçirəcək

Dövlət İmtahan Mərkəzi aprelin 28-də növbəti imtahanlar keçirəcək

26-04-2019 15:43 - Pia.az - Mədəniyyət
Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Sia.az digər xəbərlər