Nəsimi İstanbulda anıldı

Nəsimi İstanbulda anıldı


2019-cu il Azərbaycan Prezidentinin sərəncamı ilə “Nəsimi ili” elan olunub. Bununla əlaqədar çoxsaylı tədbirlər çərçivəsində bu gün Türkiyənin İstanbul şəhərində yerləşən Türk Ədəbiyyatı Vəqfində Türksoyun da dəstəyi ilə geniş proqram düzənləndi. Tədbirdə çıxış edən Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev Nəsiminin Azərbaycan ədəbiyyatındakı xüsusi yerindən, hər zaman dövlətimizin ona verdiyi dəyərdən, müxtəlif illərdə Nəsimi yaradıcılığının bir neçə dilə tərcümə edilməsindən bəhs edərək vurğuladı ki, bununla əlaqədar hələ görüləcək çox işlər var, gələcək nəsillər Nəsimini daha dərindən öyrənməli və tədqiq etməlidir.


Daha sonra şixiş edən akademik Nizami Cəfərov Nəsimi yaradicılığı haqqında ətraflı məlumat verdi, bildirdi ki, “Nəsiminin bir sıra əlyazamaları Türkiyədə və Azərbaycanda mövcuddur, amma ümid edirəm ki, daha yeniləri də Türkiyədə araşdırılıb tapılacaq”. O, həmçinin qeyd etdi ki, Nəsiminin doğum yeri haqqında fərqli bilgilər var, hətta adının Nəsimi Təbrizi olduğunu deyənlər də var, amma həqiqət budur ki, Nəsimi Azərbaycan şairidir və bununla əlaqədar fərqli mənbələr, hətta rəhmətlik Əhməd Kabaklının da yazıları vardır.


Azərbaycan Milli Kitabxanasının müdürü professor Kərim Tahirov da Nəsimi yaradıcılığı ilə əlaqədar apardiqları araşdırmalardan və Çexiya Respublikasında gördüyü 25 ə yaxin müxtəlif yazarın əlyazmaları haqqında bilgi verdi və qeyd etdi ki, ola bilsin Nəsiminin yeni əlyazmalarını da əldə edə bilərik.


Mərmərə Universitetinin ədəbiyyat elmləri doktoru Nüsrət Gədik isə Nəsiminin ərəbcə divanının olduğunu, bunun üçün araşdırmalara davam edəcəyini bildirdi və Nəsimi yaradıcılığında təsəvvüf anlayışının əks olunduğunu nümunələrlə anlatmağa çalışdı.


Türk Ədəbiyyatı Vəqfində həmçinin Azərbaycan Mədəniyyət və Turizm nazirliyinin təşkil etdiyi Nəsimi yaradıcılığını əks etdirən sərgi də nümayiş etdirildi.


Belə möhtəşəm bir tədbirə ev sahibliyi edən Vəqfin başqanı Sərhəd Kabaklı Azərbaycanlı yetkililərə gəldikləri üçün təşəkkür edərək, bu tədbirin məhz Türk Ədəbiyyatı Vəqfində keçirilməsindən xeyli məmnun olduğunu bildiridi və onlara Vəqfin mükafatlarını təqdim etdi.


Sonda Azərbaycanlı sənətkarlar Feyruz Səxavət, Əliağa Sədiyev və Xəyyam Məmmədov üçlüyü Nəsiminin sözlərinə həsr edilmiş muğamlar ifa etdilər.


Yaqut Misirxanlı


İstanbul

Açar sözlər
Əbülfəz Qarayev , Kərim Tahirov , Əliağa Sədiyev , Nizami Cəfərov , Xəyyam Məmmədov , Nəsimi Təbrizi , Azərbaycan Milli Kitabxanası , Mərmərə Universiteti , Azərbaycan Mədəniyyət Və Turizm Nazirliyi , Azərbaycanın Mədəniyyət Və Turizm , Türkiyə , Azərbaycan , Istanbul , Nəsimi , Çex Respublikası
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər