Nəsiminin qəzəlinə növbəti mahnı bəstələndi - "Etməgil"

Nəsiminin qəzəlinə növbəti mahnı bəstələndi - "Etməgil"

İmadəddin Nəsiminin "Sığmazam" qəzəlinə "sığınan" Afət Fərmanqızından sonra dahi şairin digər qəzəlinə mahnı bəstələnib.

"Yeni Sabah"ın məlumatına görə, bəstəkar və müğənni Zəka Vilayətoğlu şairin "Etməgil" qəzəlinə musiqi bəstələyib və oxuyub. Sosial şəbəkələrdə yayılan mahnıya münasibət birmənalı olmayıb. Dinləyicilərin bildirdiyinə görə, qəzəlin ruhu ilə musiqi ruhu üst-üstə düşmür.

Qeyd edək ki, Afət Fərmanqızının da oxuduğu "mahnı" incisənət xadimləri tərəfindən kəskin tənqid olunmuşdu.

Əcəmi Əsədulla

Yenisabah.az
Mədəniyyət xəbərləri
Yenisabah.az digər xəbərlər
Mübariz Qurbanlı - "Yeni Zelandiya və Şri-Lankadakı terrorlar cinayətdir"

Mübariz Qurbanlı - "Yeni Zelandiya və Şri-Lankadakı terrorlar cinayətdir"

25-04-2019 21:39 - Yenisabah.az - Siyasət
Aprelin 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Fransa hökumətinin Azərbaycanda səfərdə olan dini işlər üzrə məsləhətçisi Jan-Kristof Paskal ilə görüşüb. "Yeni Sabah" xəbər verir ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı təkcə Fransanın deyil, Avropanın ən möhtəşəm tarixi-memarlıq abidələrindən biri olan Notr-Dam kilsəsində baş vermiş yanğınla bağlı dərin təəssüf hissi keçirdiyini və qədim dini abidənin tezliklə bərpa ediləcəyinə ümidvar olduğunu deyib. Azərbaycan ilə Fransa arasında çoxşaxəli münasibətlərin zəngin tarixi olduğunu bildirən Mübariz Qurbanlı əlaqələrin inkişafında Ulu Öndər Heydər Əliyevin Fransaya 1993-cü il tarixindəki səfərinə diqqət çəkib və bu əməkdaşlığın Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da gücləndiyini qeyd edib.  Ölkələr arasında humanitar yönümlü əlaqələrin də mövcudluğundan danışan Mübariz Qurbanlı 2015-ci ildə Fransaya səfərini və keçirdiyi görüşləri xatırladaraq,  səfər çərçivəsində Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə baş tutan “Azərbaycan Parisin ürəyində” adlı layihə çərçivəsində Parisdə keçirilən konfransda bir sıra aktual məsələlərin müzakirə edildiyini söyləyib, eyni zamanda bu görüşlərin əlaqələrin inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.  Ölkəmizdəki tolerantlıq mühitindən bəhs edən Komitə sədri bildirib ki, Azərbaycanda bütün dini inanclara, onların mənsublarına hörmətlə yanaşılır.