Neymar tənqidlərə cavab verib

3 aylıq zədədən sonra yaşıl meydanlara qayıdan “PSJ”nin superulduzu Neymar açıqlama verib.
Braziliya mətbuatına danışan 27 yaşlı futbolçu deyib:
“Əslində karyerama topla cox oynamaqla başladım deyə bilərəm. Mənim bu bacarığım komanda yoldaşlarıma boşluq yaratmağıma səbəb olur və mənmdə bunu edib öz hədəflərimə doğru gedirəm. İnsanlar bunun pis bir hərərkət kimi qəbul edib, məni tənqid edirlər və bu da mənim canımı sıxır”.
Qeyd edək ki, Neymar zədəyə görə bu mövsüm klubunda cəmi 24 oyuna çıxıb. Bu oyunlarda 20 qol vurub və 11 məhsulddar ötürmə verib.(modern.az)
Açar sözlər
Braziliya