Neymardan UEFA-nın qərarına etiraz

Neymardan UEFA-nın qərarına etiraz

PSJ-nin hücumçusu Neymar Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Yunayted"lə ev oyunundakı (1:3) hərəkətinə görə UEFA-nın ona verdiyi 3 oyunluq cəza ilə razılaşmır.

Faktor.az "L`Equipe" nəşrinə istinadən xəbər verir ki, braziliyalı futbolçu qurumun qərarından apellyasiya şikayəti verib.

Xatırladaq ki, hakimin idarəçiliyindən narazı qalan Neymar matçdan sonra UEFA rəsmilərini təhqir etdiyini, həmçinin referilərin otağına girməyə çalışdığına görə diskvalifikasiya olunmuşdu.

İdman xəbərləri
Faktor.az digər xəbərlər