NI: Rusiyanın yeni ölümcül silahı – Robot təyyarə

NI: Rusiyanın yeni ölümcül silahı – Robot təyyarə
Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, bu barədə hərbi tədqiqatçı David Aks məlumat verib.

Sözügedən dron “Oxotnik-B”nin ilk şəkilləri ötən həftə Rusiya Aviasiyasının veb səhifələsində yayıldı. B-2 stels bombardmançılarına bənzəyən dronun adının mənası da rus dilindən tərcümədə “ovçu” deməkdir. “Oxotnik-B” Çinin “Tian Yinq” dronu, ABŞ HHQ-nin RQ-170 kəşfiyyat PUA-sı və ABŞ donanmasının X-47B UAV-ı ilə eynisiniflidir.

Rusiya aviasiyası sahəsində ekspert Tom Kuper qeyd edib ki, rus ordusu bir neçə dron layihəsi həyata keçirir və “Oxotnik-B”nin Rusiya HHQ silahlanmasına yaxında daxil olması istisna edilmir. Onun sözlərinə görə, bu dron hansısa bir inqilab deyil, indiyə qədər görülmüş işlərin bir qədər təkmilləşdirilmiş formasıdır.

“Oxotnik”dən əlavə, Rusiyanın dron proqramları portfoliosuna hazırda ABŞ ordusunun “Reaper”inə bənzəyən orta dayanıqlılığa malik “Forpost” dronu da daxildir. Kuper qeyd edib ki, Rusiya PUA-larının əsas problemi uçuş müddətinin az olmasıdır.

Qeyd edək ki, silahlanmaya daxil olarsa, bu dron Rusiyanın ən ağır və ən sürətli PUA-sı olacaq. Lakin 20 tonluq dronun hələ öz həllini gözləyən bir çox aerodinamik, elektronik və texnoloji problemləri var.

Sevinc Əliyeva

İKT xəbərləri
Ordu.az digər xəbərlər