Nigar Arpadarai "Formula 1" yarışlarından DANIŞDI

Nigar Arpadarai "Formula 1" yarışlarından DANIŞDI

"Artıq "Formula 1 Grand Prix 2019" yarışlarına hazırıq. Bu həftə yarış həftəsidir"

Bu sözləri Sonxeber.az-a "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin (BŞH) marketinq və kommunikasiya departamentinin rəhbəri Nigar Arpadarai deyib.

Nigar Arpadarainin sözlərinə görə, bütün komandalar artıq Bakıdadır:

"10 komandanın hər birisnin 2 pilotu var. Hamısı da artıq Bakıdadır. Demək olar ki, bütün hazırlıqlar yekunlaşıb. Artıq əməliyyatlar başlayır. Media mərkəzi işləyir, Bulvar ərazisində də işlər görülür. Sabahdan əyləncə zonası açılacaq. Birisi gündən etibarən test görüşləri başlayacaq".

Gülnarə Eynullaqızı


Sonxeber.az

Açar sözlər
Bakı
İdman xəbərləri
Sonxeber.az digər xəbərlər