Nikoil Bank fiziki şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başladı - VİDEO

Nikoil Bank fiziki şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başladı - VİDEO

22 aprel 2019-cu il tarixindən etibarən, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına əsasən Nikoil Bank tərəfindən fiziki şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlamışdır.

Bildirək ki, Fərmana əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq həmin kreditlərə hesablanmış faizlər silinəcək və məhkəmədə olan işləri geri çağırılacaqdır.

Problemli kreditlərlə bağlı kompensasiya ödənişi nəzərdə tutulan hər bir müştəriyə NIKOIL Bank tərəfindən, ödənişlərin veriləcəyi filial və tarix haqqında SMS bildiriş göndərilib. Həmçinin qeyd etmək istərdik ki, Bank tərəfindən kompensasiya alan müştərilərin rahatlığını təmin etmək məqsədilə SMS məlumatdırılma xidməti yaradılıb. Müştərilər şəxsiyyət vəsiqələrin FİN kodunu SMS vasitəsi ilə 9981 qısa nömrəsinə göndərərək, kompensasiya alacaq vaxt və tarix haqqında məlumatı əldə edirlər.

Məsələ ilə bağlı daha operativ xidmət və müştəri məmnunluğunu təmin etmək üçün NIKOIL Bank gücləndirilmiş iş rejiminə keçərək, iş saatlarını 20:00-dək uzatdı. Yuxarıda qeyd olunan Fərmanına əsasən bütün ödənişlər cari ilin may ayında yekunlaşdırılması planlaşdırılır.

NIKOIL Bank - Bakı və Azərbaycanın regional mərkəzlərində yerləşən və qabaqcıl satış şəbəkəsinə sahib olan universal maliyyə-kredit təşkilatıdır. Bank bütün növ hesablaşma, depozit, kart, kredit və zəmanət kimi müasir və etibarlı bank xidmətləri təklif edir. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativ www.nikoil.az səhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.

Bankın sosial şəbəkələrdə rəsmi səhifəsinin ünvanı:

https://www.facebook.com/nikoilbank

https://www.instagram.com/nikoilbank/

İqtisadiyyat xəbərləri
Azxeber.com digər xəbərlər
Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

Eldar Mahmudovun “qara kassası” milyon dolları ölkədən belə çıxarıb - TƏFƏRRÜAT

26-04-2019 14:52 - Azxeber.com - Hadisə
V.Mahmudov 2017-ci il noyabr ayının əvvəlində həbs edilib.

 
Ona Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə), 182.3.1-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.1-ci (əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxslər tərəfindən belə tədbirlərin keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olan şəxslər tərəfindən həmin tədbirlərin qanunvericiliklə müəyyən edilmiş əsaslar olmadan keçirilməsi şəxsin hüquq və qanunla qorunan mənafelərinin əhəmiyyətli pozulmasına səbəb olduqda), 302.2-ci (eyni əməllər gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə törədildikdə) və 341.2.1-ci (bir qrup şəxs tərəfindən, ağır nəticələrə səbəb olmaqla hakimiyyətdən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.


2004-cü ildə işə qəbul olunan Vüqar Mahmudov NTN-in Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləsə də, faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirib.