Nikol Paşinyan: "Rusiya komandamıza inanmır"

Nikol Paşinyan: "Rusiya komandamıza inanmır"

"Rusiyada komandamızın üzvlərinə inamsızlıq var”.

“Report” xəbər verir ki, bunu Ermənistanın Baş Naziri Nikol Paşinyan “Civilnet”ə müsahibəsində deyib.

“Mən açıq-aydın danışmaq istəyirəm. Rusiya elitasının Ermənistanda baş verənlərlə bağlı problemləri var. Komandamızın üzvləri keçmişdə siyasi müxalifətdə olublar. Vətəndaş cəmiyyətini təmsil ediblər. Bu adamlar keçmiş hakimiyyətlə əməkdaşlıq etmək istəməyiblər. Vətəndaş cəmiyyəti sektorunu Rusiyanın sevməyən beynəlxalq təşkilatlar tərəfindən maliyyələşdırib.Bu səbəbdən də bizə etimadsızlıq var. Ancaq əminəm ki, zaman-zaman bu həll olacaq“, - Nikol Paşinyan vurğulayıb.

O qeyd edib ki, dövlətlərarası institutlar qarşılıqlı şəkildə fəaliyyətə başlayandan sonra iki ölkənin məmurları bir-birini başa düşəcək.

Siyasət xəbərləri
Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib:10 MEDİA VASİTƏSİNƏ XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR

Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib:10 MEDİA VASİTƏSİNƏ XƏBƏRDARLIQ EDİLDİ - FOTOLAR

24-04-2019 18:25 - Strateq.az - Siyasət
yerlərdə səyyar satışın (əldə yayımın) bərpasını, iri market şəbəkələrində qəzet satışının təşkilini, Bakı Dəmiryol Vağzalında, Heydər Əliyev Hava Limanında, Bakı Beynəlxalq Avtovağzalında və digər bu kimi yerlərdə qəzet satışının bərpasını və təkmilləşdirilməsini, qəzet köşkləri üzrə icarə haqqı məsələsinin bazar qiymətlərinə və real imkanlara uyğun tənzimlənməsini, yayım firmaları üzərində köşklərdə çalışan işçiləri üçün təlimlərin təşkili öhdəliyinin müəyyənləşdirilməsini, həmçinin yayım firmalarının redaksiyalarla bağladıqları müqavilələrin vahid formasının hazırlanmasını və müqavilələrin bazar şərtlərinə uyğunlaşdırılmasını, səyyar qəzet satıcıları üçün vahid qaydaların və geyimin müəyyənləşdirilməsini, səyyar qəzet satıcılarının vergi ödəyicisi kimi qanunvericilikdə müəyyən olunmuş əlverişli qeydiyyatının həyata keçirilməsinin təmin olunmasını, onların sabit vergiyə cəlb edilmə istiqamətində işlərin aparılmasının zəruriliyinin vurğulanmasını göstərmək mümkündür. Müzakirələrdən sonra “Azedu.az”, “Yenixeber.org”, “Baku News” (baku.news), “42-ci paralel.az”, “Sozcu.info”, “Denizxeber.az” xəbər portalları, “Region mediası” qəzeti, “Ustad” dərgisi, “Loqos”, “Düyməcik”, “Elmi iş” jurnalları, “ONN media” (onn.az) və “Elit” İnformasiya Agentlikləri Şuraya üzv qəbul ediliblər.
Report.az digər xəbərlər