Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?

Niyə dəfndən sonra məzarın üzərinə su tökürlər?

İmam Cəfər Sadiqdən (ə) rəvayət edilmiş hədisə əsasən, ölünün qəbrinin torpağı qurumayınca, onun qəbir əzabı təxirə salınar. Xüsusilə, dəfn gecəsində qəbir əzabının və sorğunun çox şiddətli olması məlumdur. Buna görə dəfndən sonra məzarın üzərinə su səpir, həmin gecə vəhşət namazı qılırlar.

Milli.Az islam.az-a istinadən bildirir ki, bu, müstəhəb əməldir, vacib deyil. Su tökərkən qəbrin baş tərəfindən başlayırlar və ayaq tərəfə davam etdirirlər, yenə baş tərəfə qayıdıb dövrəni tamam edirlər. Dəfndən sonrakı 40 gün ərzində hər gün bunu etmək müstəhəb sayılır. Adətən, məzarın üzərinə su səpdikdən sonra orada iştirak edənlər əl barmaqlarını məzarın torpağına batırıb 7 dəfə Qədr surəsi oxuyur və ölünün ruhuna rəhmət deyirlər.

Milli.Az

Hadisə xəbərləri
Milli.az digər xəbərlər