Novruz Aslanov yeni sığorta qanunun işlək olacağına ümidlidir

Novruz Aslanov yeni sığorta qanunun işlək olacağına ümidlidir

"Aqrar sığorta haqında" yeni qanun layihəsinin hazırlanması çox əhəmiyyətlidir, əvvəlki qanundan fərqli olaraq, onun işlək olacağına ümid edirəm". "Olaylar" xəbər verir ki, bunu millət vəkili Novruz Aslanov deyib: "Bu, çox uğurlu bir sənəddir. Eyni zamanda, bu qanun layihəsinin qəbulu ilə kifayətlənilməmlidir, maarifləndirmə mütləq olmalıdır. Qanun qüvvəyə mindikdən sonra onun ətraflı izahatı aparılmalıdır. Çox yaxşı haldır ki, artıq bəzi kanallarda bu maarifləndirmə işləri aparılır, qəbul olunan qanunların geniş izahatı aparılır. Odur ki, bu sənədin də qəbulunudan sonra onun geniş izahatı, maarifləndirməsi aparılmalıdır". Millət vəkili həmçinin növbəti mərhələlərdə qanun layihəsinin bir daha təkmilləşdirilməli olduğunu, bəzi maddələrin daha konkret və anlaşıqlı şəkildə yazılmasının vacibliyini söyləyib. O, qeyd edib ki, ilkin mərhələdə aqrar sığorta orqanının qeyri-kommersiya təşkilatı kimi fəaliyyəti nəzərdə tutulsa da, ancaq gələcək dövrdə bu məsələ aradan qaldırılmalıdır.

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Açar sözlər
Novruz Aslanov , Facebook
Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər