Nur-Sultanda MDB ölkələri hərbi təhsil assosiasiyalarının iclası keçirilib

Nur-Sultanda MDB ölkələri hərbi təhsil assosiasiyalarının iclası keçirilib
Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan Respublikasının paytaxtı Nur Sultan şəhərində keçirilən iclasda Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Özbəkistan, Qırğızıstan və Ermənistanın hərbi təhsil müəssisələrindən 18 nəfər nümayəndənin iştirak etdiyi bildirilir.

İştirakçılar assosiasiyanın təşkilati və fəaliyyəti məsələlərini, əsas fəaliyyət istiqamətlərini, təcrübə mübadiləsi və kadr hazırlığına qabaqcıl texnologiyalarının tətbiq edilməsini müzakirə ediblər.

Alpər Mövludoğlu

Siyasət xəbərləri
Ordu.az digər xəbərlər