Nuri Sərinləndiricinin oğlu ilk dəfə - Fotolar


Bu gün müğənni Nuri Sərinləndiricinin oğlunun ad günüdür.

Axşam.az-ın məlumatına görə, sənətçinin övladının bir yaşı tamam olur.

Duet ortağı Jane Şirokihlə ailəli olan Nuri oğlunun 1 yaşını şəhər restoranlarından birində qeyd edir.

Cütlüyün layihələri üzrə rəhbəri, teleaparıcı Lamiyyə Ələkbərqızı əməkdaşımızla söhbətində bildirib ki, gecənin əslində mediadan gizli keçirilməsi planlaşdırılıb.

Məşhur cütlüyün övladını ilk dəfə saytımız görüntüləyib.

Dəbdəbəli gecəyə əməkdar artist İlqar Muradov, Könül Kərimova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Rəhim Rəhimli, Günay İbrahimli, Sevda Yahyayeva, Elton Hüseynəliyev, Rüfət Axundov, Nadir Qafarzadə və bir çox tanınmış sima dəvət edilib.

Qeyd edək ki, cütlük 2017-ci ilin aprelində Dominikanda evlənib.

Mədəniyyət xəbərləri
Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək

Əvvəlki illərin məzunları üçün qəbul imtahanı keçiriləcək

23-04-2019 12:30 - Virtualaz.org - Mədəniyyət
Bundan əlavə, aprelin 28-də ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları seçdikləri əlavə xarici dil fənnindən, tədris Azərbaycan dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən rus bölməsini seçən şagirdlər üçün rus dili fənnindən, tədris rus dilində aparılan təhsil müəssisəsində təhsil alan, lakin elektron ərizə doldurarkən Azərbaycan bölməsini seçən şagirdlər üçün Azərbaycan dili fənnindən, tədris dili Azərbaycan və rus dillərindən fərqli olan ümumi təhsil müəssisələrinin məzunları üçün ali təhsil müəssisələrinə qəbul olmaq üçün ərizə təqdim edərkən seçdikləri bölməyə uyğun olaraq Azərbaycan dili və ya rus dili fənnindən, xarici dil fənni tədris olunmayan təhsil müəssisələrinin məzunları ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün elektron ərizə doldurarkən seçdikləri xarici dil fənnindən imtahan, 7, 14 və 21 aprel tarixlərində keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən cari ilin məzunları üçün buraxılış imtahanı, orta məktəbi əvvəlki illərdə bitirib təhsil sənədi ala bilməyən şəxslər üçün eksternat qaydasında buraxılış imtahanı keçiriləcək.
Teleqraf.com digər xəbərlər