UFC çempionuHəbib NurməhəmmədovirlandiyalıKonor Makqreqorla revanş döyüşün şərtlərini açıqlayıb.
Nurməhəmmədov revanş döyüşün keçirilməsi üçün rəqibinin başqa döyüşdə qalib gəlməsini şərt göstərib.
"Sən və sənin komandan 2016-cı ildən titullar qazanmamısınız. İlk növbədə sən qalib gəlməlisən. Bundan sonra revanş döyüş haqqında söhbət edə bilərik", - deyə o vurğulayıb.
Qeyd edək ki, dünən Makqreqor sosial şəbəkədə Nurməhəmmədovu promouşenin ən yaxşı döyüşçüsü hesab etmədiyini açıqlayıb. O bildirib ki, revanş döyüş bütün suallara aydınlıq gətirəcək.
Milli.Az
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.