Nurməhəmmədov məşhurluqdan şikayətləndi: Məni yorurlar

Nurməhəmmədov məşhurluqdan şikayətləndi: Məni yorurlar

Rusiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası Həbib Nurməhəmmədov populyarlığa olan münasibəti barədə fikrini bölüşüb.


Lenta.ru-nun məlumatına görə, 30 yaşlı döyüşçü şöhrətin onun üçün bir sıra çətinliklərə səbəb olduğunu yazıb.


"Bəzən zala çətinliklə daxil oluram. İnsan izdihamı ilə rastlaşırsan. Kimi səninlə şəkil çəkdirmək istəyir, kimi suallar və təkliflər verir... Boşuna vaxt gedir, mən isə ora sadəcə məşq etməyə gəlmişdim. Beynim başqa şeyə köklənib. Bunlar isə məni yorur”, - deyə Nurməhəmmədov bildirib.


oxu.az

www.anews.az

loading...

İdman xəbərləri
Anews.az digər xəbərlər