Nyu-York həbsxanalarında məhbuslar telefonla pulsuz danışacaqlar

Nyu-York həbsxanalarında məhbuslar telefonla pulsuz danışacaqlar

Bakı, 2 may, AZƏRTAC

Nyu-York həbsxanalarında məhbuslara bundan sonra ölkə hüdudları daxilində telefonla pulsuz danışmağa icazə verilib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat şəhərin meri Bill de Blazionun saytında yerləşdirilib. Meriyanın məlumatına görə, əvvəllər məhbuslar yalnız vəkilə pulsuz zəng edə bilərdilər. Qalan digər zənglərin ilk dəqiqəsi onlara 50 sentə, sonrakı danışığın hər dəqiqəsi isə 5 sentə başa gəlirdi.

Səkkiz mindən çox məhbus olan Nyu-York həbsxanalarında sutkada orta hesabla 25 mindən yuxarı zənglər edilir. Bu da şəhər büdcəsinə ildə 5,5 milyon dollar gəlir gətirir.

İndi bu xərcləri şəhərin islah müəssisələri departamenti üzərinə götürəcək. Məhbuslar ölkə daxilində istədikləri yerə zəng vura bilərlər. Danışıqlar hər üç saata 21 dəqiqə olmaqla məhdudlaşır. Hər zəng 15 dəqiqədən çox davam edə bilməz.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər