"O biri dünyada o popkorn satan uşağın iki əli də yaxanda olacaq" - VİDEO


"40 yaşım var. Sovet vaxtı anam əlimizdən yapışıb dənizkənarı bulvara aparırdı, biz orada kokteyllər, kvas içirdik, popkorn, pambıq yeyirdik. Və heç kim də bu məhsullardan zəhərlənmirdi, ölmürdü. Bu günə kimi onların iyindən narahat olan eşitməmişəm".

BiG.AZ xəbər verir ki, bu sözləri aparıcı Tarix Əliyev (Tolik) Xəzər TV-də yayımlanan "Hər şey daxil" verilişində deyib. O bildirib ki, popkorn satan uşağı tapmaq istəyir:

"Dünən Azneft meydanına getdim, o popkorn satan uşağı axtardım, amma tapmadım. Bəzi millət vəkillərinə demək istəyirəm ki, bu gün bütün böyük ticarət mərkəzlərində, mall-larda popkorn satılır. Ramazan ayında bir uşağı 5 manat qazancından etmək yox, kömək etmək lazım idi. Keçidlərdən popkorn satanlar aparatları ilə birgə məkandan uzaqlaşdırılıblar. Hazırda işsizdirlər, acdırlarOnlar bu dünyada da olmasa, o dünyada iki əlli yaxandan yapışacaqlar. Bu əməlinin cavabını o dünyada mütləq verəcəksən".

Qeyd edək ki, iki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları nəticə verib. Belə ki, həmin pop-korn satan yeniyetmə keçiddən uzaqlaşdırılıb.

Aysu

Mədəniyyət xəbərləri
Big.az digər xəbərlər