“O etiraz edəni İçərişəhərdə hər dəfə yemək yeyən görmüşəm”

“O etiraz edəni İçərişəhərdə hər dəfə yemək yeyən görmüşəm”

“İçərişəhərdə həddindən çox restoran olması məsələsi subyektiv fikirdir. Bəlkə, turist üçün azdır, burada yaşayan sakin üçün çox”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Riad Qasımov jurnalistlərlə görüşündə deyib.

O qeyd edib ki, ölkə rəhbərliyi tərəfindən sahibkarlığa dəstək addımları atılır:

“Həm İçərişəhərin sakinlərinə iş yeri yaradılır, həm də sahibkarlara şərait yaradılır. Onlar üçün iş yerlərinin yaradılması vacib məsələdir. Bu restoranlarda 10 ildir gəlib səhər yeməyi də yeyənlər var. Mən şəxsən bu adamı, yəni şəkli paylaşan adamı hər dəfə İçərişəhərdə yemək yeyən görmüşəm.O zaman divarlara işıq düşməməsi məsələsini qaldırmayıb”.

Günel Türksoy

Siyasət xəbərləri
Qafqazinfo.az digər xəbərlər