“O, həmişə maraqlı obrazlarıyla yaddaşlarda qalacaq...”

“O, həmişə maraqlı obrazlarıyla yaddaşlarda qalacaq...”

Bu gün əməkdar artist, müğənni, teatr və kino aktrisası mərhum Xanım Qafarovanın doğum günüdür. Qeyd edək ki, X.Qafarova 1967-ci il mayın 9-da anadan olub. 2014-cü il iyulun 11-də xərçəng xəstəliyindən dünyasını dəyişib.


Xalq artisti Arif Quliyev Moderator.az-a açıqlamasında həmkarı haqda danışarkən bildirib ki, o, həmişə maraqlı obrazlarıyla yaddaşlarda qalacaq:


“Xanım Qafarova çox gözəl aktrisa, müğənni idi. O, həmişə maraqlı obrazlarıyla yaddaşlarda qalacaq. Əməkdar artist fəxri adına layiq görülmüşdü. Amma çox təəssüf ki, erkən yaşda xəstəlikdən dünyasını dəyişdi. Bir qızı yadigar qaldı və onu da artıq dövlətimiz öz himayəsinə götürüb, nəzarət edir”.


Arif Quliyev özü haqda da danışıb və bildirib ki, hazırda müalicə olunur:


“Hazırda Naftalanda müalicə olunuram. Yaş özün göstərir. Mayın 15-də doğum günümdü, 69 yaşım tamam olur. İstəsəm də, istəməsəm də yetmiş yaşıma keçirəm. Həyat belədir. (Gülür) Diqqətiniz üçün hamınıza minnətdaram”.


Vasif Əlihüseyn

Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər