"O uşaqdan popkorn almaq lazım idi" - Deputatdan həmkarına sərt irad

"O uşaqdan popkorn almaq lazım idi" - Deputatdan həmkarına sərt irad

Xəbər verdiyimiz kimi, iki gün öncə Milli Məclisin deputatı Rasim Musabəyovun “Azneft” meydanı ərazisində yerləşən yeraltı keçiddə küçə ticarəti ilə məşğul olan yeniyetmə ilə bağlı etirazları nəticə verib

Belə ki, həmin pop-korn satan yeniyetmə keçiddən uzaqlaşdırılıb. Qeyd edək ki, deputatın sosial şəbəkədə yazdığı status və paylaşdığı foto tənqidlərə səbəb olub.

PİA.az Hurriyyet.org-a istinadən xəbər verir ki, bununla bağlı deputat Aydın Mirzəzadə həmkarının bu addımın tənqid edib.

O bildirib ki, "Azneft" meydanının altındakı yeraltı keçiddəki popkorn satan uşaq məsələsi onu çox təsirləndirib:

"O uşağı oradan aparatı ilə çıxartmaq yox, ona paltar və məktəb ləvazimatı alıb məktəbə yönləndirmək, ailəsinə isə iş tapmaqda kömək etmək lazım idi. Əgər valideynlərin biri yox idisə və ya işləmək qabiliyyətləri yoxdursa, o ailəyə sosial yardım verilməsinə nail olmaq lazım idi. Bütün bunlardan əvvəl isə yaxınlaşıb uşaqdan popkorn almaq lazım idi ki, qoy verdiyimiz puldan ona həmin gün azacıq da olsa pul qalaydı".

pia.az