Oğlunun doğum günündə ərini öldürdü

Oğlunun doğum günündə ərini öldürdü

Bursada qandonduran cinayət hadisəsi baş verib.

20 ildir əri tərəfindən işgəncəyə məruz qaldığı üçün ayrı evdə yaşamağa başlayan Birgül Günar adlı qadın oğlunun doğum günündə ərini öldürüb.

11 yaşlı oğlunu ad günündə kinoteatra aparmaq üçün həyat yoldaşı Ərdoğan Günarın evinə gələn qadın silaha əl atmalı olub. Həyat yoldaşının işdə olduğunu zənn edən Birgül Günar oğlunun istəyi ilə onu qapıdan götürüb kinoteatra aparmaq istəyib. Ərdoğan Günar qadını zorla içəri salıb və cütlük arasında mübahisə yaşanıb. Birgül Günar keçmiş ərinin xahişi ilə gətirdiyi silahla 5 dəfə ona atəş açıb.

Məhkəmədəki ifadəsində əməlindən peşman olduğunu deyən qadın iki övladını böyütməsi üçün hakimlərdən əfv diləyib: "Siz əfv etsəniz belə, mən özümü bağışlamayacağam. Həyat yoldaşımı çox sevirəm, heç kəs övladının ad günündə onun atasını öldürməz. Övladlarımın yanına gedib onları böyütməyim üçün sərbəst buraxılmağımı xahiş edirəm. Nə zaman silaha əl atdığımı belə xatırlamıram".

Hakimlər isə Birgül Günara ömürlük həbs cəzası verib.

Qərardan sonra Ərdoğan Günarın anası Xədicə Günar hakimlərə təşəkkür edərək "Haqq yerini tapdı" deyib.(teleqraf.com)

AzNews.az

Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.

Hadisə xəbərləri
Olaylar.az digər xəbərlər