Oğurlanmış 4 rabitə quyusunun qapaqları Kürdəmir sakinin həyətində aşkarlandı

Oğurlanmış 4 rabitə quyusunun qapaqları Kürdəmir sakinin həyətində aşkarlandı
Kürdəmir Rayon Polis Şöbəsinə rayon ərazisində bir neçə oğurluq faktı barədə müraciətlər daxil olub.

DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlərlə əlaqədar müvafiq araşdırmalar aparılmış, rayon Telekommunikasiya Qovşağına məxsus 4 rabitə quyusunun qapaqları, Xırdapay kənd qəbristanlığındakı su çəni şəhər sakini M.Hacıyevin həyətində aşkarlanıb.

Həmçinin 201 kiloqram metal qırıntılarının və M.Abbasova məxsus bərbərxanadan kondisionerin oğurlanması da onun tərəfindən oğurlandığı müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Ziyad Şıxalıyev saxlanılıb.

Araşdırma aparılır.

Paylaş:

Hadisə xəbərləri
Regionxeberleri.com digər xəbərlər