Oğurluqda şübhəli bilinən Lerik şəhər sakinin saxlanılıb. DİN-dən "Olaylar"a bildirilib ki, Lerik RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 5000 manat pul oğurlamaqda şübhəli bilinən şəhər sakini A.Yaqubov saxlanılıb. Həmçinin, Suraxanı RPİ 32-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki sexlərin birindən içərisində 400 manat pul, şəxsiyyət vəsiqəsi və 400 manat dəyərində qızıl-zinət əşyaları olan çantanı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş C.Rufullayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Suraxanı RPİ 33-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 550 manat pul, noutbuk, mobil telefon və qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini E.Aslanov saxlanılıb.
Xətai RPİ 34-cü Polis Şöbəsi və 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 1 mağazadan planşet və mobil telefon oğurlamaqda şübhəli bilinən Şamaxı rayon sakini K.Alcanov və Yardımlı rayon sakini R.Dadaşzadə saxlanılmışlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların rayon ərazisində daha 1 kafedən, 2 mağazadan, 1 aptekdən və 1 avtomobildən pul və ərzaq məhsulları oğurlamaları da müəyyən edilib. Nəsimi RPİ 22-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Kəlbiyev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Oğurluq etdiyinə görə tutulmuş S.Məmmədovun ətrafında Binəqədi RPİ 4-cü PŞ-nin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun daha 8 bağ evindən məişət əşyaları oğurlaması da müəyyən edilib.
Maraqlı xəbərləri Olaylar.Az Facebook səhifəmizdən izləyin.