"Ölkə daxilində Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanmasına əngəl olan qüvvələr var" — Siyavuş Novruzov

"Ölkə daxilində Azərbaycanla Avropa İttifaqı arasında sazişin imzalanmasına əngəl olan qüvvələr var"     — Siyavuş Novruzov

"Prezident İlham Əliyev dəfərlərlə bəyan edib ki, Dağlıq Qarabağ problemi ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll edilə bilər. Bunun sülh, müharibə yolu ilə həyata keçməsi mümkündür. Bəzi qüvvələr Azərbaycanla Avropa İttifaqı arasında bağlanacaq sazişə kölgə salmağa çalışırlar”.


Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.


O bildirib ki, həmin qüvvələr müxtəlif bəhanələrlə bunu edirlər.


S.Novruzov qeyd edib ki, ölkə daxilində də sənədin imzalanmasına əngəl olan qüvvələr var.


Parlamentin sədri Oqtay Əsədov isə qeyd edib ki, sazişin imzalanmasına mane törədən qüvvələr ermənilərdir: 


"Saziş layihəsində Dağlıq Qarabağ ərazisi Azərbaycanın ərazisi kimi qeyd olunub, biz buna nail olmuşuq. Texniki məsələlər qalıb ki, onlar da həll edilir. Ermənilər bu sazişə əngəl olmağa çalışırlar. Saziş yüksək səviyyədə hazırlanıb, sazişin bu il mayın ayının 13-də imzalanması nəzərdə tutulur. Bu, Azərbaycan xalqının xeyrinə olacaq”.

Siyasət xəbərləri
Demokrat.az digər xəbərlər
Hüseyn Abdullayevin məhkəməsində DSX əməkdaşları dindirildi

Hüseyn Abdullayevin məhkəməsində DSX əməkdaşları dindirildi

23-04-2019 18:22 - Demokrat.az - Hadisə
Bu gün Bakı Hərbi Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə 22 şahid ifadə verib. Həmin şahidlərin bir çoxu Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları olub. Onlar dindirilən zaman ibtidai istintaqa verdikləri ifadələrini təstiq etdiklərini və təqsirləndirilən H.Abdullayevi tanımadıqlarını bildiriblər. Məhkəmənin növbəti iclası aprelin 25-nə təyin edilib. Qeyd edək ki, rəsmi məlumata görə, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən, müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək, ümumilikdə, 1 milyon 374 min manat məbləğində gəlirlərin Cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib. Təqsirləndirilən şəxslərdən bəziləri Dövlət Sərhəd Xidmətinin əməkdaşlarıdır.