Beş min nəfərə yaxın insan heyvan hücumuna məruz qalıb

Beş min nəfərə yaxın insan heyvan hücumuna məruz qalıb

Ötən ilin analoji dövründə isə belə xəsarətlər almış şəxslərin sayı 4682 nəfər olub

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 22 aprel — Sputnik. Respublika ərazisində 2019-cu ilin ilk 3 ayı ərzində 4909 heyvan dişləməsi, cırmaqlaması, qapması olub. Səhiyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumatda isə ölümlərlə bağlı rəqəmlər qeyd olunmayıb.

Nazirlik bildirir ki, ötən ilin analoji dövründə belə xəsarətlər almış şəxslərin sayı 4682 nəfər olub.

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən də bildirilib ki, onlarda ölümlərlə bağlı statistik məlumat yoxdur.

Hadisə xəbərləri
Sputnik.az digər xəbərlər