“Ölkədə sığorta bazarı həddindən artıq zəifdir”

“Azərbaycandasığorta məsələləri ilə bağlı kifayət qədər qanunvericilik bazası var.
Yəni, istənilən obyektin - evdir, maşındır, əmlakdır vəsair sığortalanması üçün qanunvericilik hər cür imkan yaradır.
Çox təəssüflər olsun ki, bu qədər deyilir, danışılır,amma əksər ticarət obyektləri və digər obyektlər sığorta etdirilmirlər.Sahibkarlar, iş adamları bunda maraqlı görünmürlər”.
Moderator.azxəbər verir ki, bunuOxu.az-aaçıqlamasında millət vəkili Vahid Əhmədov deyib.
Onun sözlərinə görə, çünki ortada böyük pullardan söhbətgedir:
“Bir var ki, maşını sığorta etdirirsən, bu da ildə təxminən100-150 manat edir.
Bir də var ki, böyük bir obyekti sığorta etdirirsən,artıq orada sığorta haqqı böyükdür. Məsələn, “Diqlas”la bağlı məsələdə məsuliyyətidövlət öz üzərinə götürdü.
Dövlət başçısı vəsait ayırdı ki, insanlar əziyyət çəkməsinlər.Düzdür, ikinci bir qərar da verildi ki, sahibkarlar vəsaiti geriqaytarmalıdırlar, amma hesab edirəm ki, bu da tamamilə düzdür.
Axı, dövlət büdcəsindən buna niyə vəsait ayrılmalıdırki?!
Ona görə dəbütün obyektlər, əmlaklar, mülklər vəsair, hamısı sığorta olunmalıdır”.
Millət vəkili bu yerdə xüsusilə,“Kənd təsərrüfatıəmlakının sığortalanması haqqında” qanun layihəsinin qəbuluna ciddi ehtiyacduyulduğunu söyləyib:
“Biz artıq həmin sənədin müzakirələrə gəlməsini gözləyirik.Buna ciddi ehtiyac var. Bu gün ölkədə kənd təsərrüfatının inkişafına diqqətböyükdür. Dövlət başçısı bu sahənin inkişafına ciddi diqqət yetirir, bu istiqamətdəbütün addımları atır.
Amma kənd təsərrüfatına aid əmlaklar hələ də sığortaolunmur vənəticə etibarı ilə də insanlar əziyyət çəkirlər.
Ona bu məsələsi ilə bağlı qanunvericilik aktınınmüzakirəsi və qəbul sürətləndirilməlidir.
Eyni zamanda, bütün ticarət obyektləri hamısı sığortaolumalı və yalnız sığortalanandan sonra həmin obyektlər istifadəyə verməlidir.
Sabah hansısa bir hadisə baş verəndə, fors-majorsituasiyalar yarananda onlar əlavə əziyyət çəkməsinlər, sığorta şirkətlərionlara kömək etsinlər”.
Sığorta bazarının durumuna gəlincə, millət vəkiliburada da xeyli problemlərin yaşandığını söyləyib:
“Birzamanlar vəziyyət lap pis idi. Sığorta deyəndə fikirləşirlər ki, yalnızmaşınların sığortasından söhbət gedir. Amma sonradan biz “İcbari sığortahaqqında” qanuna dəyişiklik etdik. Həmçinin, əlavə qanun-mənzillərin sığortasıilə də bağlı qanunvericilik aktı qəbul etdik.
Ammabu gün də hesab edirəm ki, bizdə sığorta bazarı çox zəifdir. Məsuliyyət hissiolmalıdır, əhali ilə işləmək lazımdır. Bu bazarda problemlər olduğu üçün də bəzənbütün məsuliyyəti dövlət öz üzərinə götürür.
Axı,dövlət nə vaxta qədər məsuliyyəti öz üzərinə götürməlidir?
Hesabedirəm ki, bu, düzgün deyil və sığorta bazarı canlanmalı, güclənməlidir”.