“Ölkədən qaçanları Rusiyadan ekstradisiya edə bilmirik” –Paşinyan


“Ölkədən qaçanları Rusiyadan ekstradisiya edə bilmirik” –Paşinyan

Ermənistan Respubkaçılar Partiyasından keçmiş deputat və sabiq Müdafiə naziriAram ArutyunyanvəƏdliyyə Nazirliyinin keçmiş xidmət rəisi, Respublikaçılar Partiyasından keçmiş deputatMiqran Poqosyan toxunulmazlıqlarından yararlanaraq ölkəni tərk edə biliblər.

“Sputnik Armeniya” xəbər verir ki, Ermənistanın Baş Naziri Nikol Paşinyanaprelin 26-da jurnalistlərə açıqlamasında bildirib.

“Miqran Poqosyan iri həcmdə dövlət əmlakını mənimsəmək və dağıtmaqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunur. Onun barəsində Ermənistanda axtarış elan olunub. Rusiyanın hüquq-mühafizə orqanları onu Kareliyada tutublar. Hazırda Poqosyanın Ermənistana ekstradisiyası barədə danışıqlar aparılır”, – o, deyib.

Baş Nazir vurğulayıb ki, Aram Arutyunyan iri məbləğdə rüşvət almaqda qanunsuz qolla əldə etdiyi var-dövlətin leqallaşdırılmasında ittiham olunur: “Məhkəmə qiyabi olaraq onun barəsində həsb qətimkan tədbiri seçib və axtarış elan edib”.

Hər iki məmur 2018-ci ilin dekabrında keçirilən parlament seçkilərinədək Serj Sarkisyanın başçılıq etdiyi Respublikaçılar Partiyasının deputatı olub.

“Onlar toxunulmazlıq hüquqlarından yararlanıblar. Əgər onları saxlasaydılar, onda deyəcəkdilər ki, bəs qanun, onun aliliyi harada qaldı? Dünya çox kiçikdir, hara gedəcəklər?”, – o qeyd edib.

Nikol Paşinyan Rusiyanınyaxın günlərdə keçmiş deputatları Ermənistana ekstradisiya edib-etməyəcəyi ilə bağğlı suala cavab verməkdə çətinlik çəkib: “Bildiyimə görə, keçmiş Müdafiə naziri Rusiya vətəndaşıdır və biz bunu nəzərə almalıyıq. İndi elə bir şərait yaranıb ki, qanun icazə vermədiyindən biz öz vətəndaşmızı ekstradisiya edə bilmirik”.

Report

Açar sözlər
Nikol Paşinyan , Serj Sarkisyan , Aram Arutyunyan , Ədliyyə Nazirliyi , Respublikaçılar Partiyası , Report 13 13 Class , Rusiya , Ermənistan
Siyasət xəbərləri
Strateq.az digər xəbərlər