Ölkəmiz Ümumdünya Gömrük Təşkilatının Avropa regionuna rəhbərlik edəcək

Ölkəmiz Ümumdünya Gömrük Təşkilatının Avropa regionuna rəhbərlik edəcək

Bakı, 26 aprel, AZƏRTAC

Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Ümumdünya Gömrük Təşkilatı (ÜGT) Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransı başa çatıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfransda Ümumdünya Gömrük Təşkilatı Avropa regionunun tranzit sistemlərinin uyğunlaşdırılması, ÜGT-də əlavə dillərin istifadəsi, ÜGT-yə qoşulma ilə əlaqədar işçi qrupun fəaliyyətinin nəticələri, ÜGT-də fəaliyyətin qiymətləndirilməsi alətinin hazırlanması, 2019-2022-ci illər üzrə hazırlanacaq Strateji Planda Avropa regionunun prioritetləri, ÜGT-nin qayda və prosedurlarının təkmilləşdirilməsi, ÜGT-nin regional laboratoriyalarının texniki şərtlərinin qəbul edilməsi, habelə ÜGT Avropa regionunun ÜGT-nin Komitə və orqanlarında təmsil edilməsi məsələləri müzakirə edilib.

Konfransda ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə Bakıda yerləşən Avropa Regional Ofisinin rəhbərinin və ÜGT-nin Maliyyə Komitəsinin sədrinin hesabatları dinlənilib və bundan sonra Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbəri vəzifəsinə seçkilər keçirilib.

Seçkilər zamanı ayrılmış vaxtın sonuncu saatında qeyd olunan vəzifəyə Avropa İttifaqı tərəfindən Yunanıstanın namizədliyi irəli sürülüb. Məhz bu namizədlik Avropa İttifaqı tərəfindən dəstəkləndiyi üçün gərgin müzakirələr aparılıb. Ümumi razılıq əldə olunmadığından məsələnin müzakirəsi növbəti günə keçirilib. Bununla əlaqədar, Azərbaycan nümayəndə heyətinin gün boyunca Avropa İttifaqının nümayəndələri, o cümlədən Yunanıstan, Böyük Britaniya və Rusiya gömrük xidmətlərinin rəhbər vəzifəli şəxsləri ilə məsələyə dair geniş spektrli müzakirələri aparılıb.

Konfransın öz işini davam etdirdiyi dövrdə məsələ yenidən müzakirə edilib və Böyük Britaniya gömrük xidmətinin rəhbəri Azərbaycanın namizədliyi barədə öz müsbət mövqeyini bildirib. Bununla yanaşı, Qazaxıstan, Türkiyə, Belarus gömrük xidmətlərinin nümayəndələri də müsbət rəylə çıxış edib. Gərgin keçən müzakirələrdən sonra Azərbaycan iki il müddətinə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasının sədr müavini, Avropa regionu üzrə rəhbər seçilib.

Sonra Azərbaycan tərəfi sədr müavinliyi çərçivəsində görüləcək işlər ilə əlaqədar olaraq proqram xarakterli təqdimatla çıxış edib.

İqtisadiyyat xəbərləri
Azertag.az digər xəbərlər
Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

Mayda AZAL və “Buta Airways”in reysləri 2 gün dəyişdirilmiş qrafik üzrə yerinə yetiriləcək

26-04-2019 12:07 - Azertag.az - İqtisadiyyat
Mayın 29 və 30-da uçuşlar aşağıdakı cədvələ əsasən yerinə yetiriləcək.29 may (yerli vaxt göstərilib, “+” növbəti gündəki vaxtı işarə edir)Reysin nömrəsi MarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-003/004Bakı-Ankara-Bakı20:0021:3022:3001:50+J2-011/012Bakı-Dubay-Bakı04:5007:4510:1013:10J2-026Antalya-Bakı 16:0019:50J2-076İstanbul (IST)-Bakı 16:3020:15J2-9683/9684Kiyev(IEV)-Bakı(Buta Airways) 16:1020:30J2-9575/9576Bakı-Kazan- Bakı(Buta Airways)20:0021:5022:5002:50+J2-9717/9718Bakı-Mineralnıye Vodı-Bakı(Buta Airways) 21:0021:4022:4001:05+J2-809/810Bakı-Moskva (VKO)-BakıReyslər ləğv edilibJ2-079/080Bakı - İstanbul-BakıReyslər ləğv edilibJ2-852/851Bakı- Moskva (DME)- BakıReyslər ləğv edilibJ2-255Bakı-NaxçıvanReys ləğv edilibJ2-254Naxçıvan- BakıReys ləğv edilib30 may (yerli vaxt göstərilib)Reysin nömrəsiMarşrutBakıdan uçuşTəyinat məntəqəsinə gəlişTəyinat məntəqəsindən uçuşBakıya gəlişJ2-011/012Bakı-Dubay-Bakı12:4015:3516:4519:45J2-827Bakı-Moskva (VKO)02:4505:00 J2-852/851Bakı- Moskva (DME)- Bakı11:4013:5014:5018:40J2-9111/9112Bakı-Alanya-Bakı(Buta Airways)12:3014:3015:3019:20J2-9685/9686Bakı-Odessa-Bakı(Buta Airways)12:1514:4015:4019:40J2-239Bakı–GəncəReys mayın 29-na keçirilib uçuş: 08:00, eniş: 09:00J2-021/322Bakı –Təl-Əviv –BakıReyslər ləğv edilibJ2-075/076Bakı – İstanbul (IST)-BakıReyslər ləğv edilibJ2-9103/9104Bakı – İstanbul (SAW)-Bakı (Buta Airways)Reyslər ləğv edilibJ2-9223/9224Bakı-Tbilisi-Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-9017/9018Bakı -Tehran - Bakı(Buta Airways)Reyslər ləğv edilibJ2-251Bakı-NaxçıvanReys ləğv edilibJ2-258Naxçıvan-BakıReys ləğv edilibSadalanan reyslərin sərnişinləri aviabiletin alınması zamanı göstərilən telefon nömrələri vasitəsilə aviaşirkətin proseduruna uyğun olaraq məlumatlandırılacaqlar.