“Olympus Park”la bağlı daha bir qalmaqal: şirkətin Hacı İbrahim Nehrəmliyə 5 milyon borcu üzə çıxdı

“Olympus Park”la bağlı daha bir qalmaqal: şirkətin Hacı İbrahim Nehrəmliyə 5 milyon borcu üzə çıxdı

“Olympus Park” tikinti şirkəti ilə bağlı daha bir qalmaqal ortaya çıxıb. Şirkət rəhbərinin Hacı İbrahim Nehrəmliyə 5 milyon borcunun olduğu deyilir.

PİA.az xəbər verir ki, şirkətin rəhbəri kimi tanınan Rafael Qarayevlə Hacı İbrahim arasında əldə olunmuş razılıq pozulub. İbrahim Nehrəmli Rafael Qarayevdən 5 milyonunu ala bilmədiyi üçün hüquq mühafizə orqanlarına müraciət edib.

Belə ki, Rafael Qarayev bir neçə il əvvəl Hacı İbrahim Nehrəmli ilə razılığa gəlib ki, ona məxsus torpaq sahəsini alsın. Razılığa əsasən, Rafael Qarayev Hacı İbrahim Nehrəmlinin Nəsimi rayonunda, "Zabitlər bağı" yaxınlığındakı torpağını alıb. Tərəflər alğı-satqını 10 milyon manata razılaşıblar.

Rafael Qarayev həmin məbləğin 5 milyonunu ödəyib. Qalan 5 milyon manatı ödəyəcəyini vəd etsə də, ödəməyib.

Uzun zaman keçsə də, Hacı İbrahim Nehrəmli ona olan borcu ala bilməyib.

Bundan sonra iş adamı hüquq-mühafizə orqanlarına müraciət edib və artıq onun ifadəsi alınıb. Hacı İbrahim Nehrəmli dələduzluğa məruz qaldığını bildirib. Bu şikayətlə bağlı araşdırma artıq yekunlaşmaq üzrədir.

Məlumatı Hacı İbrahim Nehrəmli ilə dəqiqləşdirmək istəsək də, zənglərə cavab vermədi. Mövzunu diqqətdə saxlayacağıq.

Bildirək ki, son günlər şirkətlə bağlı bir çox problemlər ortaya çıxıb. Şirkətin narazı vətəndaşlarla arasındakı məhkəmə çəkişmələri, rəsmi qurumların icazəsi olmadan tikinti və söküntü işləri aparmaları müzakirə mövzudur. Şirkətin qanunsuz əməllərini sübut edən məhkəmə qərarları da var.(Musavat.com)

Açar sözlər
Rafael Qarayev , Ibrahim Nehrəmli , Nəsimi , Məhkəmə
Hadisə xəbərləri
"Azərxalça"nın sabiq sədrinin 30 milyon manatlıq əmlakına həbs qoyulub

"Azərxalça"nın sabiq sədrinin 30 milyon manatlıq əmlakına həbs qoyulub

21-09-2021 09:18 - Xezerxeber.az - Hadisə
Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, aparılmış istintaq-əməliyyat tədbirləri ilə Vidadi Muradovun qeyd olunan vəzifədə işləyərkən təsisçisi olmaqla faktiki rəhbərliyi həyata keçirdiyi “Azər-İlmə” MMC-nin Bakı şəhəri ərazisində yerləşən inzibati binasının “Azərxalça” ASC-yə mövcud bazar qiymətlərindən yüksək qiymətə icarəyə verilməsi, “Azərxalça” ASC-yə məxsus pul vəsaitinin xalça istehsalı üçün nəzərdə tutulan ipin alınması üçün formal müqavilənin bağlanması yolu ilə ayrı-ayrı hüquqi şəxslərə məxsus bank hesablarına köçürülərək sonradan nağdlaşdırılması, ölkə ərazisində tikintisi həyata keçirilmiş 23 müəssisə üzrə smeta sənədlərində iş həcmlərinin və qiymətlərin əsassız olaraq şişirdilməsi, işlərin daha ucuz və keyfiyyətsiz işlərlə əvəz edilməsi və ya yerinə yetirilməməsi və digər qanunsuz üsullarla ona etibar edilmiş ümumilikdə 21 milyon 673 min manat məbləğində pul vəsaitini mənimsəmə və israf etmə yolu ilə talaması, habelə xüsusilə külli miqdar təşkil edən cəmi 640 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən qəsdən yayınması, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi və vəzifə saxtakarlığına yol verməsinə əsaslı şübhələr müəyyən edilib.
Pia.az digər xəbərlər