Ombudsman illik məruzəsini Prezident Administrasiyası və Milli Məclisə göndərib

Ombudsman illik məruzəsini Prezident Administrasiyası və Milli Məclisə göndərib

Ombudsman illik məruzəsini Prezident Administrasiyası və Milli Məclisə göndərib

18:09 28 Fevral 2019


Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) 2018-ci il üzrə illik məruzəsini Prezident Administrasiyasına, Milli Məclisə, Nazirlər Kabinetinə, Konstitusiya Məhkəməsinə, Ali Məhkəməyə və Baş prokurora göndərib.

İllik məruzədə dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpası, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, habelə insan hüquqlarının təmin edilməsi sahəsində fəaliyyəti, hüquqi maarifləndirmə və elmi-analitik işin nəticələri, onun dövlət qurumları, ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əməkdaşlığı, beynəlxalq əlaqələri, həmçinin insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə yönəlmiş təklif və tövsiyələri öz əksini tapıb.

İllik məruzənin martın 5-də Milli Məclisin plenar iclasında dinlənilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 395


Siyasət xəbərləri
Femida.az digər xəbərlər
Azərbacan Ordusu 100 - İnfoqrafika

Azərbacan Ordusu 100 - İnfoqrafika

26-04-2019 15:11 - Femida.az - Siyasət
1994-cü ilin yanvar ayının 5-də Azərbaycan Ordusunun əsgərləri Horadizə daxil olaraq Azərbaycan bayrağını Horadiz qəsəbəsinə sancmışdırlar.1994, 4 mayAzərbaycan NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramına qoşulmuşdur.1998, 13 martNaxçıvan Muxtar Respublikasında Heydər Əliyev adına Hərbi Liseyin əsası qoyuldu.1999Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası yaradılmışdır.2016, 1-4 AprelAprel zəfəri2016-cı il aprel ayının 1-dən 2-nə keçən gecə, Ermənistan Silahlı Qüvvələrinin növbəti təcavüzkar fəaliyyətinin qarşısının alınması və cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunmuş, eləcədə də Cocuq Mərcanlı, Seysulan və Madaqiz kəndləri istiqamətindəki mövqelər Azərbaycan Ordusunun nəzarətinə keçmişdir.2018, mayGünnüt əməliyyatı2018-ci il may ayında Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Şərur rayonunun Günnüt kəndi, "Ağbulaq" yüksəkliyi, Qızılqaya dağı, Xunut dağı və Mehridağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib.