“Onlar ölkəmizə psixoloji təzyiq göstərməyə çalışırlar”

“Onlar ölkəmizə psixoloji təzyiq göstərməyə çalışırlar”

Xəbər verdiyimiz kimi,Rusiya və Ermənistan birgə hərbi təlimlərin daha intensiv şəkildə keçirilməsiilə bağlı razılığa gəlib.

Azərbaycan və Ermənistanarasında danışqıların bərpa olunduğu bir zamanda rus-erməni hərbikomandanlığının belə bir razılığa gəlməsi nə ilə bağlıdır? Bu addım tərəflərinölkəmizə qarşı psixoloji təzyiqi hesab edilə bilərmi?

Moderator.az-a açıqlamaverən politoloq Qabil Hüseynli baş verənlərin Azərbaycana yönəlik təzyiqolduğunu təsdiqlədi:

“Rus-erməni ordusununbirgə təlimləri qanunsuzdur. Rusiya və Ermənistan KTMT üzvü olsalar da əslindəbirləşmiş rus-erməni qoşunu yaranmamalıydı. Niyə birləşmiş rus-qazax,rus-belarus, rus-qırğıs ordusu yaradılmır, amma ermənilərlə belə bir ordu yaradılır?Bu, əlbəttə Azərbaycana yönəlik bir addımdır. Baş verənlər rusların ermənipərəstmövqeyi ilə bağlıdır. Azərbaycan ordusu sürətlə öz gücünü artırır, müasirsilahlar alır və s. Ruslar isə buna cavab olaraq ermənilərlə birgə hərbi təlimlərinintensiv keçirilməsi ilə bağlı razılıq əldə ediblər. Hesab edirəm ki, məqsəd Azərbaycanapsixoloji təzyiq göstərməkdir. Bu, çox təhlükəli bir məsələdir və Rusiyanın qeyri-səmimimövqeyindən xəbər verir”.

Seymur ƏLİYEV

Siyasət xəbərləri
Moderator.az digər xəbərlər