“Onlar sizin həyat tərzinizi korlayırlar”

Müğənni Elçin Cəfərov sosial şəbəkədə müzakirələrə səbəb olacaq açıqlama yayıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Almaniyada olan sənətçi İnstaqram səhifəsində küçə musiqiçisinin ifasını paylaşaraq çağırış edib:
"Görürsünüz, necə oxuyanlar var? Küçədə belə səliqəli, detonsuz, mikrafonsuz, zövqlə ifa edir. Bizim musiqi hara gedir? Xahiş edirəm sizdən: keyfiyyətli musiqilərə qulaq asın! Zövqünüzü korlamayın, avara musiqiləri dinləməyin!
Onlar sizin həyat tərzinizi belə korlayırlar! Bu viruslardan özünüzü qoruyun! Yaxşı ifaçılara dəstək olun! Müğənni gözəl ifa edərsə, onu alqışlamağı öyrənin! Axı bizim çox gözəl ifaçılarımız var, onları qoruyun! Çox xahiş edirəm".
Milli.Az