“Onlara dedik ki, özünüzü adam kimi aparın, yoxsa...”

“Onlara dedik ki, özünüzü adam kimi aparın, yoxsa...”

Qarşıdan aprel döyüşlərininüçüncü ildönümü gəlir. Bəs aprel döyüşlərinə, Azərbaycan ordusunun bu döyüşlərdəsərgilədiyi qəhrəmanlıqlarına Azərbaycan mədəniyyəti və incəsənəti yetərincədiqqət yetiribmi?

Moderator.az-a açıqlamaverən xalq artisti Mübariz Tağıyev bu sahədə vəziyyətin qənaətbəxş olduğunuvurğuladı:

“Aprel döyüşləri iləbağlı kifayət qədər mahnı yazılıb. Mən dörd verilişdə iştirak etmişəm. Bu gün dəAZTV-də bir verilişimiz var. Bu verilişlərdə aprel döyüşləri ilə bağlı 5-6mahnı səsləndi. Aprel döyüşləri ilə bağlı mahnılar da, kitablar da yazılır. Bununlabağlı filmlər də çəkilməlidir.

Aprel döyüşləri bizim sonillər əldə etdiyimiz ən böyük uğurdur. Biz bu döyüşlərlə ermənilərə mesajverdik. Onlata dedik ki, özünüzü adam kimi aparın. Aparmasınız, bunun axırısizin üçün yaxşı olmayacq. Biz bu döyüşlərlə ermənilərə anlatdıq ki, indi2019-cu ildir, 90-ci illər deyil.

Hesab edirəm ki, apreldöyüşləri ilə bağlı kifayət qədər mahnı yazılıb və televiziyalar da bu məsələyəlazımınca diqqət göstərir. Düşünürəm ki, bu sahədə vəziyyət qənaətbəxşdir”.

Seymur ƏLİYEV

Açar sözlər
Seymur Əliyev , Mübariz Tağıyev , Azərbaycan
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər