“Onun aşıq yaradıcılığında çox böyük zəhməti var...” Aşıq Əhliman

Xəbər verdiyimiz kimi bu gün Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri olan Aşıq Şəmşirin anadan olmasında 126 il ötür. Aşıq Şəmşir 15 mart 1893-cü ildə Kəlbəcərin Dəmirçidan kəndində görkəmli el sənətkarı, şair Qurbanın ailəsində dünyaya gəlib.
Aşıq Əhliman
Moderator.az-a açıqlamasında ustad aşığın yaradıcılığı haqda danışıb:“Dədə Şəmşir çox böyük sənətkar olub.
Qarasındadır,
gözümün qarasındadır,
Dədə Şəmşir kimi ustadlar
Qorqudlar, Peyğəmbərlər sırasındadır.
Dədə Şəmşirin Azərbaycan ədəbiyyatında, aşıq yaradıcılığında çox böyük zəhməti var. Eyni zamanda onun övladları bu gün xalqımız üçün xeyirxah işlər görürlər.
Uca dağlar başında kəndlərə yol çəkilir,
yolların kənarında yaşıllıqlar əkilir.
Neçə hündür binalar, neçə məktəb tikilir,
Var olsun yurdumuzun qeyrətli oğulları,
Hər tərəfə çəkiblər şüşə kimi yolları.
Alla Dədə Şəmşirə rəhmət eləsin!”
Vasif Əlihüseyn