“Onun bir insan və şair kimi taleyi Azərbaycanın taleyi ilə qırılmaz tellərlə bağlıdır...”

“Onun bir insan və şair kimi taleyi Azərbaycanın taleyi ilə qırılmaz tellərlə bağlıdır...”


Bu gün Azərbaycanın mühacir şairi Almas İldırımın doğum günüdür. A.İldırım 1907-ci il martın 25-də Bakının Qala kəndində anadan olub.


Tənqidçi Əsəd Cahangir

Moderator.az-a açıqlamasında A.İldırım yaradıcılığı haqda söz açaraq, şairi mühacirət ədəbiyyatının simvolu adlandırıb:


“Almas İldırım bizim mühacirət dövrü ədəbiyyatımızın, özəlliklə də poeziyamızın ən seçilən imzalarından biridir. Belə demək hətta azdır, o, bu dövr poeziyasının simvolu və rəmzidir. Təkcə yaradıcılığı ilə yox, həm də şəxsi həyatıyla, iradəsiylə, taleyiylə, alın yazısıyla bu sözlərə layiq olduğunu sübut edib. A.İldırımın taleyi və yaradıcılığı Azərbaycan şairinə və yazıçısına əsl şair və vətənpərvər necə olmalıdır nöqteyi nəzərindən çox parlaq bir nümunə göstərib. Uzun illər boyu təəssüf ki, onun haqqı tapdalanıb, adı dərsliklərə belə salınmayıb. Sovet dövründə təbii ki, bu mümkün deyildi. Amma xoşdu ki, ölkəmiz müstəqillik əldə edəndən sonra ədəbiyyatımıza münasibətdə də bir özgürlük yarandı. A.İldırım və mühacirət dövrünün digər şair və yazıçıları da ədəbiyyatda öz layiq olduqları mövqelərini tutublar. Bu bir daha göstərir ki, A.İldırımın bir insan və şair kimi taleyi, Azərbaycanın taleyiylə qırılmaz tellərlə bağlıdır”.


Vasif Əlihüseyn

Açar sözlər
Almas Ildırım , Azərbaycan , Bakı
Mədəniyyət xəbərləri
Moderator.az digər xəbərlər