Oqtay Həsənov: "Təminat qeydi qabaqcadan qeydiyyat mexanizmindən çox üstünlüyə malikdir"

Oqtay Həsənov: "Təminat qeydi qabaqcadan qeydiyyat mexanizmindən çox üstünlüyə malikdir"

"Yeni qanunun qəbulundan əvvəl qabaqcadan qeydiyyat proseduru qüvvədə idi. Demək olar ki, qüvvədə olduğu son illərə qədər 2015-2016-cı illərə qədər uğurla davam edirdi. Həm qabaqcadan qeydiyyat, həm təminat qeydi mexanizmləri təxminən eyni olmaqla mahiyyəti yaşayış sahələrinin təkrar satışının qarşısının alınmasıdır".

Metbuat.az-ın məlumatına görə, bunu "Təminat qeydi - Yeni inşa edilən mənzillərin təhlükəsiz hüquqi dövriyyəsinin üsulu" mövzusunda keçirilən dəyirmi masada Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquq şöbəsinin müdiri Oqtay Həsənov bildirib. Onun sözlərinə görə, qabaqcadan qeydiyyat mexanizmi buna ona görə nail ola bilmirdi ki, qabaqcadan qeydiyyat məcburi xarakterli deyildi və bina inşa edən şirkətlər buna müraciət etməyə maraqlı deyildilər:

"Təminat qeydi bu baxımdan daha da üstünlüyə malikdir. Yəni həm daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyyat, müqavilələrin notarial təsdiqi və bütün ayrıcıllıqların reyest vasitəsilə getməsi hüquqların qorunmasına tam nail olunmağa imkan verir. Amma təminat qeydi ilə bağlı nisbətən mənfi bir hissəsini qeyd etmək istəyirəm. Təminat qeydi ancaq mülkiyyətdə olan torpaq sahələrində aparılmış tikililəri əhatə edir. Faktiki olaraq çoxmənzilli binaların əksər hissəsinin icarədə istifadədə olan torpaqda tikilməsi təminat qeydinin mexanizminin tətbiq dairəsini daraldır.

Məsələnin bölünmə planı ilə bağlı isə qeyd etmək istəyirəm ki, bölünmə planının ilkin variantı hazırlanarkən orada reyestr xidmətinin yerli orqanlarının iştirakı nəzərdə tutulurdu. Bölünmə planı heç də sadə bir sənəd deyil. Biz iki baxımından fikirləşirdik ki, bu iki işdə reyestr xidmətinin iştirakını qeyd eləmək olar. Yəni həm bu planın hazırlanması müəyyən texniki biliklər tələb edir, həm də binaların yerləşdiyi, onların əhatə elədiyi torpaq sahəsinin müəyyən edilməsi məsələsi. Torpaq sahəsinin müəyyən edilməsi məsələsində də problemlər də var. Amma hazırda qəbul olunmuş bölünmə planının hazırlanması qaydasında da göründüyü kimi orada reyestr xidmətinin hər hansı iştirakı yoxdur. Keçən müddət ərzində hələlik istinad edə biləcəyimiz fərqli xidmətin olmaması göstərir ki, biz bu qanunla müəyyən olunmuş prosedurların təkmilləşməsi və uyğunlaşdırılmanın aparılması sistemində tədbirlər görməliyik. O cümlədən reyestr xidməti qədər təklif edirik ki, təminat qeydinin özünün də bir forması müəyyən olunsun. Bu barədə təkliflərimizi Ədliyyə Nazirliyinə təqdim etmişik.

Digər vacib bir məqam isə budur ki, bildiyiniz kimi hazırda mənzil məcəlləsinə uyğun olaraq binaların tikintisi əsasən kooperativlər tərəfindən həyata keçirilir. Kooperativlər tərəfindən binanın inşasından əvvəl üzvlüyə qəbulla rəsmiləşdirilmə aparılır. Bu zaman mənzil tikinti kooperativləri tərəfindən inşa olunan binalarda təminat qeydi mexanizminin necə işləyəcəyi müzakirə olunmalıdır".

Günay Elşadqızı / METBUAT.AZ

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Siyasət xəbərləri
Metbuat.az digər xəbərlər