Oqtay Şirəliyev vətəndaş qəbulu keçirilib

Oqtay Şirəliyev vətəndaş qəbulu keçirilib

Səhiyyə naziri Oqtay Şirəliyev qəbul cədvəlinə uyğun olaraq Şəki Rayon Mərkəzi Xəstəxanasında Balakən, Zaqatala, Oğuz, Şəki və Qax rayon sakinlərini qəbul edib. Nazirlikdən "Olaylar"a bildirilib ki, vətəndaşların sağlamlıq problemləri, işlə təminat və s. məsələlərlə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətində qaldırılan məsələlər nazirliyin müvafiq qurumlarının əməkdaşlarının iştirakı ilə araşdırılıb, onların bəziləri yerində həllini tapıb. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər aidiyyəti üzrə çatdırılması üçün qeydiyyata alınaraq nəzarətə götürülüb.

Siyasət xəbərləri
Olaylar.az digər xəbərlər