“Orada mənə kiminlə xəyanət etdin?”

“Orada mənə kiminlə xəyanət etdin?”

Türkiyənin pop ulduzu Hadisə daha bir pərəstişkarından şikayətçi olub. “Qafqazinfo” xəbər verir ki, sənətçi 7-14 fevral tarixlərində naməlum şəxsin elektron poçt ünvanına seksual xarakterli mesajlar yazaraq təhqir və təhdid olunduğunu bildirib.

Hadisə prokurorluğa təqdim etdiyi ərizədə sözügedən şəxsin daha sonra evinə məktub yolladığını qeyd edib: “Məni izləyir, həyatımla bağlı bütün detalları bilir. Əl yazısı ilə yazılan məktub, məşhur bir şirkətdə çalışdığını sübut edən kartlar yollayır. Getdiyim yerləri, geyindiyim paltarları bilir. Yeni ildə Parisə getdiyimdən də xəbərdardır. Yazıb ki, orada mənə kiminlə xəyanət etdin?”

Açar sözlər
Paris , Türkiyə
Mədəniyyət xəbərləri
Aprelin 28-də növbəti imtahanlar keçiriləcək

Aprelin 28-də növbəti imtahanlar keçiriləcək

24-04-2019 11:27 - Azvision.az - Mədəniyyət
Beləliklə, Dövlət İmtahan Mərkəzi tərəfindən aprelin 28-də ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən əvvəlki illərin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanı çərçivəsində verilən xarici dil fənnindən fərqli xarici dil fənni üzrə iştirak etmək istəyən cari ilin məzunları, ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə iştirak etmək istəyən Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və təhsil almaq istədikləri bölməyə uyğun Azərbaycan və ya rus dili fənni üzrə imtahan verən cari ilin məzunları, xarici dil fənni tədris olunmayan məktəblərin ali və orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən və elektron ərizə doldurarkən seçdikləri xarici dil fənni üzrə imtahan verən cari ilin məzunları, üzrlü səbəbdən bu ay keçirilən buraxılış imtahanlarında (XI sinif) iştirak edə bilməyən cari ilin məzunları, əvvəlki illərdə təhsil sənədi ala bilməyən və eksternat qaydasında imtahan verən məzunlar üçün imtahanlar keçiriləcək.
Qafqazinfo.az digər xəbərlər