Orduda işləmək istəyənlərin nəzərinə!

Orduda işləmək istəyənlərin nəzərinə!

Orduda işləmək istəyənlərin nəzərinə!

Müdafiə Nazirliyinin hərbi hissələrinə müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan, ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 28 yaşınadək hərbi vəzifəlilər aprelin 10-dan 30-dək müvafiq sənədlərlə birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

Oxu24.com xəbər verir ki, “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə 3 (üç) il müddətinə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunurlar.

Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə, çap variantı 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;

- doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surəti - 2 nüsxədə;

- şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 2 nüsxədə;

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 2 nüsxədə;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda) - 2 nüsxədə;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 2 nüsxədə;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);

- qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;

- hərbi biletin bütün vərəqlərinin surəti (notarial qaydada təsdiq olunmuş) - 2 nüsxədə;

- məhkumluğun olmaması barədə qeydiyyatda olduğu rayon Polis İdarəsi (şöbə, bölmə) tərəfindən verilmiş arayış.

Müraciət etmə yeri: Birliklərin, qoşun növlərinin və hərbi hissələrin qərargahlarında fəaliyyət göstərən qəbul komissiyaları.

Müraciət etmə vaxtı: 2019-cu il aprelin 10-dan 30-dək, hər gün (bazar günləri istisna olmaqla) saat 09.00-dan 18.00-dək.

Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

loading...

Paylaş:

10-apr, 2019 1 305

loading...

Загрузка...

loading...

Siyasət xəbərləri
Oxu24.com digər xəbərlər

FHN işçi axtarır -İşsizlərə şad xəbər!

10-04-2019 15:18 - Oxu24.com - Hadisə
Oxu24.comFHN-in saytına istinadən xəbər verir ki, müsabiqədə həqiqi hərbi xidmət keçmiş, yaşı 30-dək, boyu 170 sm və yuxarı olan, tam orta, orta-ixtisas və müvafiq ali təhsilli, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının Qanunu və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları iştirak edə bilərlər.16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarən Gəncə şəhərində, FHN-in Gəncə Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə qeyd olunan tələblərə cavab verən Gəncə şəhərinin,Samux,Daşkəsən,Gədəbəy,Göygöl,Şəmkir,Tovuz,Ağstafa,rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarənşəhərində, FHN-in Şimal-qərb Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyəQəbələ,İsmayıllı,Şamaxı,Ağsu,Qobustan,Oğuz,Şəki,Qax,Zaqatala,rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.16 aprel 2019-cu il tarixində saat 09:00-dan etibarənşəhərində, FHN-in Muğan Regional Mərkəzinin inzibati binasında keçiriləcək müsabiqəyə Şirvan şəhərinin,Salyan,Neftçala,Biləsuvar,İmişli,Sabirabad,Saatlı,rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər dəvət olunurlar.